Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Gündəm » Vətəndaşları yeni dələduzluq üsulu ilə aldadırlar – DTX xəbərdarlıq etdi

Vətəndaşları yeni dələduzluq üsulu ilə aldadırlar – DTX xəbərdarlıq etdi

03 okt 2026, 19:00, korrupsiya
0 şərh    6 Baxılıb

 

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti dəfə xəbərdarlıq edib.

DTX-nin Mətbuat xidmətindən verilən məlumata görə, son dövrlərdə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən süni intellekt texnologiyalarının imkanlarından faydalanmaqla yeni və təkmilləşdirilmiş kiberhücumların davam etdiyi müşahidə olunur.

“Aparılan təhlillər göstərir ki, müvafiq qruplaşmalar süni intellekt alqoritmləri və xüsusi proqram təminatlarından istifadə etməklə dövlət qulluqçularını, müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını, eləcə də sadə vətəndaşları hədəfə alırlar. Çoxsaylı xəbərdarlıqlara və maarifləndirici tədbirlərə baxmayaraq, bəzi hallarda vətəndaşların hələ də belə dələduzluq hallarına inandığı və onların qurbanına çevrildiyi diqqət çəkir.

Kibercinayətkarlar xüsusi hazırlanmış ssenarilər əsasında hədəfə götürülən şəxslərə guya “təcili” və “vacib” xarakterli mesajlar göndərir, daha sonra zərərçəkənləri aldatmaq üçün onları hüquq mühafizə orqanlarının və ya digər rəsmi qurumların adından fəaliyyət göstərən saxta hesablara yönəldirlər. Müvafiq üsulla həmin şəxslərdən xarici hesablara pul vəsaitlərinin köçürülməsi, eləcə də müxtəlif qanunsuz tapşırıqların yerinə yetirilməsi tələb edilir.

Rəqəmsal mühitdə son dərəcə diqqətli və ayıq-sayıq olmağın vacibliyini ön plana çəkərək vətəndaşlardan şübhəli müraciət, tələb və ya mesajla qarşılaşdıqda dərhal hüquq mühafizə orqanlarına məlumat vermələri xahiş olunur”, – məlumatda deyilir.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər