Yeni Xəbərlər
Tural Niftalıyev jurnalistləri belə təbrik edib Təqaüddə olan Şəki Şəhər-Rayon...
“KORRUPSİYAXƏBƏR” İnformasiya Xəbər Portalının təsisçi-rəhbəri Elyaz Yazan...
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq...
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının...
İyulun 10-da Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək...
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub İyulun 9-da Daxili...
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış...
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü...
Cəmiyyətin təhlükəsizliyi naminə fədakar xidmət - Vaqif Əsədovdan TƏBRİK!...
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə hər zaman Azərbaycan polisinin...
Баннер
Korrupsiya Xəbər » Hadisə » Cahid Şahbazova cinayət işi açıldı - Yenilənib

Cahid Şahbazova cinayət işi açıldı - Yenilənib

14 iyl 2025, 13:32, korrupsiya
0 şərh    10 Baxılıb

Cahid Şahbazova cinayət işi açıldı - Yenilənib

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl vətəndaş Humay Əliyeva məşhur oftalmoloq Cahid Şahbazov tərəfindən uğursuz əməliyyat keçirdiyini bildirmişdi. Saytımıza müraciət edən qadın əməliyyatdan sonra gözünün kor olduğunu demişdi.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sözügedən şikayətlə bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq -  ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş açılıb. Cahid Şahbazov istintaqa cəlb edilib.

Xatırladaq ki, Humay Əliyeva üzləşdiyi vəziyyətlə bağlı tibbi ekspertizanın təyin edildiyini və gözündə uğursuz əməliyyat olunmasının təsdiqləndiyini əlavə etmişdi. H.Əliyeva məsələni sosial şəbəkə hesablarında ictimailəşdirəndən sonra onun videomüraciətinə tanınmış stilist Anar Ağakişiyev də rəy bildirərək oxşar problemlə üzləşdiyini qeyd etmişdi.

Oftalmoloqun vəkili Asim Abbasov isə saytımıza açıqlamasında bildirmişdi ki, Humay Əliyevanın iddiaları tamamilə yalan və böhtan xarakterlidir.

***

Cahid Şahbazovun vəkili Asim Abbasov saytımıza açıqlamasında bildirib ki, fakt üzrə cinayət işi başlanılıb: “Müvəkkilim Cahid Şahbazov cinayət məsuliyyətinə cəlb olunmayıb. Yalnız fakt üzrə cinayət işi açılıb, araşdırmalar aparılır”.

Şərhlər