Yeni Xəbərlər
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki...
Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyev vəzifəsindən azad ediləcək....
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il...
Bələdiyyə üzvlüyünə namizədə hansı güzəştlər var? "KORRUPSİYAXƏBƏR"...
“Təbiəti qoruyanlar gələcəyimizi qoruyurlar” – Elyaz Yazandan ekologiya...
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Gəncə...
Elyaz Yazan: “Zaqatala rayon prokuroru Qabil Səfərov vətəndaş müraciətlərinə...
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) ölkədə casus şəbəkəsinə qarşı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » Bakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə - Bu cəza verildi

Bakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə - Bu cəza verildi

21 iyl 2025, 13:34, korrupsiya
0 şərh    10 Baxılıb

Bakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə - Bu cəza verildi

Türkiyədən Azərbaycana hənbəlilik dini məzhəbinə dair qadağan olunmuş kitablar gətirən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Suraxanı rayon sakini 1982-ci il təvəllüdlü Zahir Xafisova Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma və ya bu əməlləri maliyyələşdirmə) maddəsi ilə iş açılıb. Cinayət işinin materialları baxılması üçün rayon məhkəməsinə göndərilib.

Araşdırmalarla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2023-cü il noyabrın 3-ü Azərbaycanı Türkiyə istiqamətində tərk edərək İstanbul şəhərinə gedib. Oradan dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və bunu əsaslandıran, belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran dini ekstremist materialları, yəni “Abdullah Yolcu. Ehl-i Sünnet vel-cemaate göre İman”, “Müsned el-Kahtani. Küçük ve gizli şirk”, “Tevhid risalesi”, “Muhammed bin Abdulvahhab ve Need uleması. EdDürerüs-seniyye fil-ecvibetin-Necdiyye” adlı kitabları müxtəlif yollarla əldə etməklə noyabrın 7-si İstanbul-Bakı reysi ilə ölkəmizə gətirib.

O, Hövsan qəsəbəsində yerləşən fərdi yaşayış evində həmin kitabları dini düşmənçilik və dini fanatizm zəminində saxlayıb. Qeyd edilən dini ekstremist məzmunlu kitablar 29 oktyabr 2024-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən evə keçirilən baxış zamanı aşkar edilərək götürülüb.

Həmfikirləri arasında “Abdulzahir” ləqəbi ilə tanınan şəxs ifadəsində bildirib ki, Türkiyəyə toyda iştirak etmək məqsədilə gedibmiş və kitabları da həmin vaxt alıb.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə o, qeyd edilən maddə ilə təqsirli bilinib və 9 min manat cərimə olunub.

Qeyd edək ki, hənbəlilik İslam dininin Əhli-Sünnə istiqamətində 4 əsas məzhəbdən biridir.

Daha çox xəbər:
06 iyn 2026, 23:23    6    0
Sürücülərə iyunun 7-si ilə bağlı xəbərdarlıq Avtomobil yollarında vəziyyət açıqlanıb....
Şərhlər