Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » Ağdam və Ağdərədə yanğınla mübarizə davam edir: ərazidə sursatlara rast gəlinir - VİDEO - YENİLƏNİB

Ağdam və Ağdərədə yanğınla mübarizə davam edir: ərazidə sursatlara rast gəlinir - VİDEO - YENİLƏNİB

23 iyl 2025, 09:34, korrupsiya
0 şərh    13 Baxılıb

Ağdam və Ağdərə rayonlarının ərazisində dünən axşam saatlarından başlayan yanğın davam edir.

 APA xəbər verir ki, yanğın olan ərazilərdə partlamamış sursatlara rast gəlinir.

Ərazinin mina və partlamamış sursatlarla çirklənməsi yanğının söndürülməsi işlərini çətinləşdirir, həmçinin, yanğınsöndürənlər təhlükə riski ilə üzləşir.

Qeyd edək ki, dünən axşam saatlarında Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın başlayıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğının söndürülməsi işləri gecə boyu davam edib.

Hazırda alovun qarşısının alınması istiqamətində əməliyyat davam edir.

***

Ağdam və Ağdərə ərazisində baş verən yanğını söndürmək mümkün olmayıb.

APA-nın yerli müxbiri xəbər verir ki, FHN-nın əməkdaşlarının alovla fasiləsiz mübarizəsinə baxmayaraq yanğın hələ də davam edir.

Havanın küləkli olması yanğını daha da gücləndirir.

Qeyd edək ki, yanğın Ağdam rayonunun Əliağalı, Yeni Qaralar, Ağdərə rayonunun isə Qazançı və Sırxavənd kəndləri ərazisində baş verib.

***

Ağdam və Ağdərə rayonları ərazilərində davam edən yanğın mina partlayışları ilə müşayiət olunur.

"Ölkə.az" xəbər verir ki, Ağdərə rayonu Qazançı və Sırxavənd kəndi ərazilərinə qədər yayılan yanğın hələ də davam edir.

Yanğının geniş yayıldığı ərazilərdə əsasən Qazançı kəndi istiqamətində mina partlayışları müşahidə edilir.

Ərazinin dağlıq və minalı olması yanğının söndürülməsi işini çətinləşdirir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən açıqlamada isə bildirilir ki, sözügedən əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

***

Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə yanğın baş verib.

"Ölkə.az" “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ağdamın Əlağalı, Qaralar, Qazançı kəndlərində başlayan yanğın Ağdərənin Sırxavənd kəndinə qədər yayılıb.

Kol bitkiləri və quru ot örtüyünün yanması nəticəsində alov daha da geniş ərazilərə doğru irəliləyir.

Hazırda yanğının söndürülməsi üçün FHN-nin Ağdamdan 2 yanğınsöndürən maşını və işçi qüvvələri, Xocalı və Ağdərədən hər birindən 1 maşın və işçi qüvvə cəlb olunub.

Ərazinin dağ relyefi olduğu üçün ümumilikdə 50 nəfər şəxsi heyyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almağa çalışırlar. Hazırda yanğın davam edir.

Şərhlər