Yeni Xəbərlər
Tural Niftalıyev jurnalistləri belə təbrik edib Təqaüddə olan Şəki Şəhər-Rayon...
“KORRUPSİYAXƏBƏR” İnformasiya Xəbər Portalının təsisçi-rəhbəri Elyaz Yazan...
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq...
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının...
İyulun 10-da Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək...
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub İyulun 9-da Daxili...
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış...
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü...
Cəmiyyətin təhlükəsizliyi naminə fədakar xidmət - Vaqif Əsədovdan TƏBRİK!...
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə hər zaman Azərbaycan polisinin...
Баннер
Korrupsiya Xəbər » Hadisə » "Colgate" diş məcunu Azərbaycanda QADAĞAN OLUNACAQ?

"Colgate" diş məcunu Azərbaycanda QADAĞAN OLUNACAQ?

24 iyl 2025, 10:12, korrupsiya
0 şərh    9 Baxılıb

"Colgate" diş məcunu Azərbaycanda QADAĞAN OLUNACAQ?

Argentinada "Colgate Total Clean Mint" diş məcununun satışı qadağan edilib. Bu barədə Argentinanın milli dərman vasitələri, qida məhsulları və tibbi texnologiyaların keyfiyyətinə nəzarət idarəsi (ANMAT) məlumat yayıb. Qurum qadağanı "Colgate"dən istifadə etdikdən sonra ağızın qıcıqlanması ilə bağlı istehlakçıların artan şikayətləri ilə izah edib. İstehlakçılar diş məcunundan istifadə etdikdən sonra ağız boşluğu toxumalarının qıcıqlanması, iltihabı, yanma, diş ətində şişkinlik və ağrının yaranmasından şikayətləniblər. Sözügedən markanın Braziliyada da satışı dayandırılıb.

Bəs Azərbaycanda vəziyyət nə yerdədir? Bu diş məcunu ilə bağlı monitorinq aparılır? Müvafiq quruma hər hansı şikayət daxil olub? Qarşıdakı dövrdə satışına qadağa qoyula bilər?

 Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandırıb.

Məlumatda vurğulanıb ki, "Colgate Total Clean Mint" adlı diş məcununun insan həyatına və sağlamlığına zərər vurması ilə bağlı indiyədək istehlakçılardan agentliyə hər hansı şikayət daxil olmayıb:

"Qeyd edilən məsələ ilə bağlı dəqiq faktlar (sübutlar) Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə təqdim olunacağı təqdirdə, qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada qeyri-qida istehlak mallarına, o cümlədən diş məcunlarına dair məcburi tələblər texniki reqlamentlərlə müəyyən olunur. Texniki reqlamentlər qüvvəyə minənədək təsərrüfat subyektləri diş məcunlarına dair standartların və uyğunluğun qiymətləndirilməsi ilə bağlı müddəaları müəyyən edən normativ hüquqi aktların tələblərinə riayət etməlidirlər.

Diş məcunlarına dair tələblər ГОСТ 7983-2016 "Пасты зубные. Общие технические условия" dövlətlərarası standartında əks olunub. Bu standart diş məcunlarının klinik (klinik və laboratoriya) və toksikoloji göstəricilərinə, diş minasına və ağız boşluğunun yumşaq toxumalarına təsirinə, hidrogen göstəricisinə (pH) və digər göstəricilərə dair tələbləri özündə ehtiva edir.

Bundan əlavə, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, qanunvericilik aktları və ya digər normativ sənədlərdə vətəndaşların həyatı, sağlamlığı, əmlakı və ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələbləri müəyyən edilmiş mallar, işlər və xidmətlər qanunvericiliyə əsasən məcburi sertifikasiyadan keçirilməlidir. Tələblərə uyğunluğu təsdiq edən sertifikat olmadıqda belə malların, o cümlədən xarici malların, Azərbaycan Respublikasında satışı və istifadəsi qadağandır.

Eyni zamanda bildiririk ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılıb. Bu müddət ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yalnız insanların həyatına və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə əsaslandırılmış müraciətlər olduqda yoxlama apara bilər.

Nəzərinizə çatdırırıq ki, Agentliyə birbaşa ərizə, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt (office@competition.gov.az) vasitəsilə müraciət etmək mümkündür" , - məlumatda qeyd olunub.

Şərhlər