Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" ə verilən məlumata görə, polisin ikinci sevgilisi...
“Qaraheybət” faciəsindən 4 il ötür Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi...
Azərbaycanda noyabrın 30-na gözlənilən hava şəraiti haqqında proqnoz...
Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olunub....
Kəlbəcərin işğaldan azad edilməsindən 5 il ötür. "KORRUPSİYAXƏBƏR"...
Noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena...
"KORRUPSİYAXƏBƏR" in rəhbəri Elyaz Yazan, Hacı Əjdər bəy məscidinin...
Müğənni Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbirinin ev...
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təbii ehtiyatların kəşfiyyatı...
Baş prokuror Kamran Əliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə"...
Баннер
Korrupsiya Xəbər » Hadisə » Xəzərdə ada sahilə birləşdi: Flora və faunanı HANSI təhlükə gözləyir?

Xəzərdə ada sahilə birləşdi: Flora və faunanı HANSI təhlükə gözləyir?

05 avq 2025, 09:52, korrupsiya
0 şərh    1 Baxılıb

Xəzərdə ada sahilə birləşdi: Flora və faunanı HANSI təhlükə gözləyir?

Qum adası sahilə birləşərək yarımada olub. Bu barədə tanınmış fotoqraf Aleksey Lyokin fotofakt paylaşıb. "Xəzərin dayazlaşması Qum adasının nümunəsində: 2025-ci ildə ada yarımadaya çevrilərək sahillə birləşdi", - deyə fotoqraf bildirib.

Son illərdə Xəzər dənizinin səviyyəsinin azalması Qum adasının sahil torpaqları ilə daha geniş sahədə bağlantısını təmin edib. Əvvəllər bu, süni bəndlə texniki olaraq birləşdirilmişdisə, indi sözügedən dəyişiklik təbii proseslərin nəticəsində müşahidə edilir.

Bəs görəsən, Qum adasının sahillə təbii yolla birləşməsi ekosistemlərə, xüsusilə Bakı buxtasındakı flora və faunaya hansısa təhlükələr yarada bilərmi?

 Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev mövzu ilə bağlı Oxu.Az-a danışıb.

O qeyd edib ki, Xəzər dənizində müşahidə olunan su səviyyəsinin enməsi təkcə coğrafi deyil, həm də ekoloji baxımdan ciddi narahatlıq doğurur:

"Bu proses artıq bir tendensiyaya çevrilib və təkcə bizim ərazidə deyil, sahilyanı digər bölgələrdə də müşahidə olunur. Suyun səviyyəsi azalmaqda davam etsə, bəzi yerlərdə yeni adalar yarana bilər. Yaxud əvvəl su altında olan sahələr üzə çıxa bilər. Bu dəyişikliklər isə birbaşa Xəzərin ekosisteminə təsir edir. Sahil xətti irəli çəkildikcə, həmin ərazilərdəki flora və fauna ciddi şəkildə zərər görür.

Məsələn, dayazlaşma nəticəsində bəzi canlıların yaşadığı mühit yox olur. Əgər bir bitki növü quruyursa, onunla qidalanan digər canlılar da zərər görürlər. Bu isə qida zəncirini pozur və nəticədə balıqların da sayında azalma müşahidə olunur. Sahil zonasında mövcud olan bəzi növ otların və kiçik canlıların sayı azaldıqca balıqların əsas qida mənbəyi tükənir".

Ekspert əlavə edib ki, bəzi yeni ekosistemlər yaranır, lakin onlar mövcud canlıların ehtiyaclarını ödəməyə yetmir:

"Bu prosesin nə qədər davam edəcəyi və hansı nəticələrə gətirib çıxaracağı isə hələlik məlum deyil. Bəzi heyvan növləri, məsələn, samurlar yalnız sahil zonalarında yaşaya bilir və dərin sularda yaşamaq imkanları yoxdur. Əgər onların yaşadığı ərazilər quruyarsa, bu canlılar məhv ola bilər. Bu, artıq potensial təhlükə siqnalıdır.

Floranın azalması, torpağın quruması, sahil xəttinin dəyişməsi nəticə etibarilə Xəzərin bütün bioloji müxtəlifliyinə mənfi təsir göstərir. Zəifləyən ekosistem isə həm balıqların, həm də digər canlıların mövcudluğunu sual altına qoyur".

Daha çox xəbər:
17 okt 2025, 13:01    7    0
Bu ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası üzrə istehlakçılara 1.3 milyon...
Şərhlər