Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » ŞƏMKİRDƏ MİNİK AVTOMOBİLİ AĞACA ÇIRPILIB, İKİ NƏFƏR ÖLÜB YENİLƏNİB..

ŞƏMKİRDƏ MİNİK AVTOMOBİLİ AĞACA ÇIRPILIB, İKİ NƏFƏR ÖLÜB YENİLƏNİB..

14 sen 2025, 07:48, korrupsiya
0 şərh    10 Baxılıb

Şəmkirdə minik avtomobili ağaca çırpılıb, iki nəfər ölüb - YENİLƏNİB

Şəmkirdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs xəstəxanada ölüb.

Bu haqda "KORRUPSİYAXƏBƏR" məlumat verib.

Qəzada ölən sürücü 1990-cı il təvəllüdlü X. Çobanov, sərnişin isə 1991-ci il təvəllüdlü S. Məmmədovdur.

Faktla bağlı araşdırma aparılır.

***

00:20

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

KORRUPSİYAXƏBƏR in məlumatına görə, qəza Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı 1 nəfər hadisə yerində ölüb.

Qəzadan sonra avtomobil deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

KORRUPSİYAXƏBƏR

Şərhlər