Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » Taksi sürücüləri ilə əlbir olub 70 müəllimi aldadan qadın azadlığa buraxıldı

Taksi sürücüləri ilə əlbir olub 70 müəllimi aldadan qadın azadlığa buraxıldı

23 sen 2025, 21:38, korrupsiya
0 şərh    7 Baxılıb

Yardımlıda 70-ə yaxın müəllimi sertifikatlaşdırma imtahanından keçirəcəyinə inandıraraq pullarını mənimsəyən 31 yaşlı qadın azadlığa buraxılıb.

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, 1994-cü ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olmuş Jalə Əlövsət qızı Atayeva Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunub.

O, 70-ə yaxın müəllimə qarşı dələduzluq edib. Təqsirləndirilən 31 yaşlı qadın bir qrup müəllimi Elm və Təhsil Nazirliyində yüksəkvəzifəli adamının olduğuna inandırıb. Hər bir müəllimdən ayrı-ayrılıqda 3 000-4 000 min manat arası pul alaraq, guya onları sertifikatlaşdırma imtahanından keçirəcəyinə inandırıb. Zərərçəkmişlər Yardımlı rayonunun Telavar, Horonu, Gərsava, Şovut və Sığna kəndlərinin müəllimləri olublar.

2024-cü ilin avqust ayında növbəti sertifikatlaşdırma imtahanından keçə bilməyən bəzi müəllimlər hüquq-mühafizə orqanlarına şikayət ediblər. Aparılan araşdırma zamanı Jalə Atayevanın cinayət əməlini "Uber" şirkətində taksi fəaliyyəti ilə məşğul olan Xalid və Elnur adlı şəxslərin vasitəsilə həyata keçirdiyi müəyyənləşib.

O, 8 aprel 2025-ci ildən 11 sentyabr 2025-ci ilədək həbsdə saxlanılıb. Məhkəmənin hökmü ilə həbsdə keçirdiyi 5 ay 3 gün cəza müddətinə hesablanmaqla Jalə Atayevaya 7 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması təyin edilib.

Qadın məhkəmə zalından azad olunub, barəsində başqa yerə getməmək qadağası qüvvədə saxlanılıb. O, cəza müddəti bitənədək elektron qolbaqla nəzarətdə qalacaq.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər