Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » Gəncədəki "Dubay bazarı"nda dava: Göyərtisatan ürəyindən bıçaqlandı

Gəncədəki "Dubay bazarı"nda dava: Göyərtisatan ürəyindən bıçaqlandı

23 sen 2025, 22:03, korrupsiya
0 şərh    9 Baxılıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

"KORRUPSİYAXƏBƏR" in məlumatına görə, hadisə şəhərdəki "Dubay bazarı"nda olub.

Meyvə-tərəvəz satışı ilə məşğul olan 1979-cu il təvəllüdlü Vüsal Əsgərov bazarda piştaxtanın arxasında nahar edib. O, həmçinin spirtli içki də qəbul edib. Daha sonra Vüsal qonşu piştaxtada meyvə satan Rauf adlı alverçi ilə mübahisə edib. Mübahisə meyvənin qiymətinə görə olub və bu zaman bazarda göyərti satışı ilə məşğul olan 1987-ci il təvəllüdlü Araz Məmmədov mübahisəyə müdaxilə edib. Nəticədə bazarda dava düşüb.

Dava nəticəsində V.Əsgərov piştaxtada meyvə doğramaq üçün saxladığı bıçaqla Araz Məmmədovu ürəyindən bıçaqlayıb.

Yaralı təcili xəstəxanaya çatdırılıb və əməliyyat edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən V.Əsgərov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və təqsirləndirilən şəxs barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Əsgərov səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər