Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » ŞƏKİDƏ MÜŞTƏRİNİN ÇAY STƏKANINA TÜPÜRƏN QIZ ƏMƏK MƏCƏLLƏSİNİN 70-Cİ MADDƏSİNİN Ç BƏNDİ İLƏ İŞDƏN QOVULDU

ŞƏKİDƏ MÜŞTƏRİNİN ÇAY STƏKANINA TÜPÜRƏN QIZ ƏMƏK MƏCƏLLƏSİNİN 70-Cİ MADDƏSİNİN Ç BƏNDİ İLƏ İŞDƏN QOVULDU

30 sen 2025, 01:13, korrupsiya
0 şərh    7 Baxılıb

 

Şəki şəhərində fəaliyyət göstərən "Azra" şirniyyat evinin əməkdaşı Ayşən Babazadənin müştərilərə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı görüntülər yayılıb.

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə onun müştərilər üçün hazırladığı çay stəkanına tüpürdüyü aydın olur.

Etdiyi hərəkəti özünün sosial şəbəkə hesabında paylaşan gənc qız işə nifrət etdiyini və dalaşdığını bildirib. İddia olunur ki, o, şirniyyat evinin rəhbərliyi ilə dalaşaraq bu addımı atıb.

Məsələ ilə bağlı sözügedən şirniyyat evi ilə əlaqə saxlanılıb. Obyektin rəhbəri Murad Nəsibov məsələdən xəbərdar olan kimi, həmin şəxsin töhmət verilərək işdən çıxarıldığını deyib:

"Bu barədə əvvəldən məlumatımız olmayıb. Dünən polisə də izahat vermişik. Həmin xanımın özünü də polisə çağırmışdılar. Biz bu məsələni bilən kimi, həmin işçini Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndi ilə işdən çıxarmışıq. Bundan sonra o, heç yerdə işləyə bilməz. Onun müdiriyyətlə dalaşması halı olmayıb. Özü izahatında deyib ki, mən öz rəfiqələrimlə orada oturmuşam, zarafat məqsədilə belə etmişəm və şəxsi səhifəmdə paylaşmışam. Dediyinə görə, həmin çay da servis olunmayıb".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı ərazi üzrə polis orqanında təhqiqat aparılır:

"Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".


KORRUPSİYAXƏBƏR

Şərhlər