Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » Bakıda sahibkar xanımın BMW-sindən oğurluq edilib

Bakıda sahibkar xanımın BMW-sindən oğurluq edilib

02 okt 2025, 15:14, korrupsiya
0 şərh    15 Baxılıb

 

Bakıda sahibkar xanımın avtomobilindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan şəxsə cəza verilib.

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, oğurluğu 1985-ci ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuş Mübariz Ağayev törədib. Onun Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, Mübariz Ağayev Binəqədi rayonu 4-cü mikrorayon ərazisindəki şadlıq sarayının yaxınlığında BMW markalı avtomobildən oğurluq edib. Təqsirləndirilən şəxs əvvəlcə maşının içərisinə baxdıqda arxa oturacaqda qadın çantasının olduğunu görüb. O, üzərində olan avtomobil şamı ("sveça") ilə BMW-nin şüşəsini sındırıb və çantanı götürərək oradan uzaqlaşıb.

Avtomobil turizm şirkətlərdən birinin rəhbəri Vəfa Məmmədovaya məxsus olub. Nəticədə onun şəxsiyyət və sürücülük vəsiqəsi, avtomobilin texniki şəhadətnaməsi, bir ədəd 350 manat dəyərində qızıl boyunbağı, bir ədəd 600 manat dəyərində qızıl qolbağı, iki ədəd, biri 70 manat, digəri 100 manat dəyərində tək qızıl sırğa, bir ədəd 300 manat dəyərində qırıq vəziyyətdə naxışlı qolbağı, bir ədəd 100 manat dəyərində ağ rəngli "iPhone 14 Pro" markalı mobil telefonun enerji kabeli, bir ədəd 400 manat dəyərində tünd göy rəngli "Prada" markalı pul qabı, həmin pul qabının içərisində 72 manat pul, bir ədəd 100 manat dəyərində "İydə" adlı ətir, 14 485 avro və 3 800 manat pulunun olduğu qara rəngli "Prada" markalı çantanın oğurlanıb.

Aparılan araşdırma zamanı təqsirləndirilən şəxsin "Toyota RAV4" avtomobilindən də oğurluq etməsi məlum olub. Mübariz Ağayev zərərçəkmiş Zaur Şirinovun idarə etdiyi avtomobildən içərisində 1 700 manat olan pul kisəsini oğurlayıb.

Məhkəmənin hökmü ilə Mübariz Ağayev 4 il müddətə azadlıqdan məhrum edilib.

KORRUPSİYAXƏBƏR

Şərhlər