Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » 15 yaşlı oğlana qeyri-etik hərəkətlər edən gizirin cəzası ağırlaşdırıldı

15 yaşlı oğlana qeyri-etik hərəkətlər edən gizirin cəzası ağırlaşdırıldı

03 okt 2025, 19:47, korrupsiya
0 şərh    9 Baxılıb

 

Naxçıvanda "TikTok"da tanış olduğu 15 yaşlı oğlana dəfələrlə seksual xarakterli hərəkətlər edən gizirə 9 ay həbs cəzasının verilməsi müzakirə mövzusuna çevrilib.

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Naxçıvan Ali Məhkəməsi iki ay əvvəl verilmiş həmin hökmü dəyişib.

Məhkəmə zərərçəkmiş şəxsin yaxınlarının və prokurorun şikayətlərini əsaslı hesab edib. Hakimlər birinci instansiya məhkəməsinin Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq edilmədən müttəhimə belə aşağı cəza təyin edilməsini qanun pozuntusu kimi qiymətləndiriblər.

Yeni qərarla mənfi xarakterizə edilməklə ordudan xaric edilmiş gizir Sənan Pənahovun cəzası 9 aydan 2 ilə qaldırılıb.

Qeyd edək ki, S.Pənahova Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham olunub. Həmin maddənin sanksiya həddində 1 ildən 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər