Yeni Xəbərlər
Tural Niftalıyev jurnalistləri belə təbrik edib Təqaüddə olan Şəki Şəhər-Rayon...
“KORRUPSİYAXƏBƏR” İnformasiya Xəbər Portalının təsisçi-rəhbəri Elyaz Yazan...
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq...
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının...
İyulun 10-da Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək...
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub İyulun 9-da Daxili...
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış...
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü...
Cəmiyyətin təhlükəsizliyi naminə fədakar xidmət - Vaqif Əsədovdan TƏBRİK!...
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə hər zaman Azərbaycan polisinin...
Баннер
Korrupsiya Xəbər » Hadisə » Qohumunun general olduğunu deyib insanları aldatdı: Naxçıvanda 124 min manatlıq DƏLƏDUZLUQ

Qohumunun general olduğunu deyib insanları aldatdı: Naxçıvanda 124 min manatlıq DƏLƏDUZLUQ

04 okt 2025, 12:15, korrupsiya
0 şərh    18 Baxılıb

Naxçıvanda 20-yə yaxın şəxsə qarşı dələduzluq edilib.

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, təqsirləndirilən şəxs hava limanının dispetçeri 32 yaşlı Səfayıl Mehdiyevdir (ad və soyad şərtidir). O, özünü etibarlı şəxs kimi göstərərək, iş axtaran və işə düzəlmək istəyən insanlara yardım edəcəyini bildirib.

Səfayıla "müraciət" edənlər, Dövlət Gömrük Komitəsinə, Dövlət Vergi Xidmətinə, Dövlət Miqrasiya Xidmətinə düzəlmək istəyən, eləcə də tibb bacısı, mühafizəçi və s. kimi işləmək istəyənlər olub. Maraqlı tərəfi burasındadır ki, Səfayıl heç bir səlahiyyəti olmadan onların hamısını işə düzəldəcəyini deyib. Razılaşma zamanı o, qohumunun general olduğunu qeyd edib.

Səfayıl Mehdiyev bu vədlərlə zərərçəkənlərin ümumilikdə 124 min manatını ələ keçirib. Lakin heç bir vədi yerinə yetirməyib. Zərərçəkənlərin hüquq-mühafizə orqanlarına müraciəti nəticəsində Səfayıl saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (dələduzluq təkrar və xeyli miqdarda törədildikdə) maddələri ilə cinayət işi açılıb.

Məhkəmə istintaqı zamanı bəzi zərərçəkənlər onlara dəyən ziyanın ödənildiyini və şikayətçi olmadıqlarını bildiriblər.

Naxçıvan Şəhər Məhkəməsində hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə keçirilən proses zamanı Səfayıl Mehdiyev barəsində 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası seçilib.

"KORRUPSİYAXƏBƏR"
Şərhlər