Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » Qazaxda alverçi nisyə quzu aldı, 2 ildən sonra pulunu istəyən şəxsi bıçaqladı

Qazaxda alverçi nisyə quzu aldı, 2 ildən sonra pulunu istəyən şəxsi bıçaqladı

07 okt 2025, 10:26, korrupsiya
0 şərh    11 Baxılıb

Qazax rayonunda heyvan alverçiləri arasında bıçaqlanma olub.

"KORRUPSİYAXƏBƏR"-in məlumatına görə, hadisə Qazax rayonu ərazisindəki "Mal bazarı" adlanan ərazidə baş verib.

Ağstafa rayon sakini, 1982-ci il təvəllüdlü Namaz Qədiməliyev iki il əvvəl Süleyman adlı şəxsdən aldığı quzunun pulunu ödəməyib. İki ildən sonra Süleymanın qardaşı Adil Nəbiyev Qədiməliyevin yaşadığı ünvana gedərək, pulu tələb edib. Namaz pulunu ödəyəcəyini bildirsə də, tərəflər arasında mübahisə yaranıb və Adil Namazı söyüb.

Hadisədən bir gün sonra Namaz Ağstafada spirtli içki qəbul etdikdən sonra gecə saat 4 radələrində Qazaxdakı bazara gedərək yenidən Adillə rastlaşıb və mübahisə başlayıb. Nəticədə Namaz özü ilə gətirdiyi bıçaqla Adilə bir neçə zərbə endirib və hadisə yerindən qaçıb.

Polis tərəfindən Ağstafa rayonunda saxlanılan Namaz Qədiməliyev barəsində cinayət işi başlanıb və həbs qətimkan tədbiri seçilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər