Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » Maaşlarına görə "102"yə şikayət etdilər: Şirkət 20 min cərimələndi

Maaşlarına görə "102"yə şikayət etdilər: Şirkət 20 min cərimələndi

14 okt 2025, 18:22, korrupsiya
0 şərh    13 Baxılıb

 

"Zəfər-44 Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) külli miqdarda cərimələnib.

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, buna səbəb şirkətin Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq, 5 aprel 2025-ci il tarixdən 22 may 2025-ci il tarixədək xeyli sayda işçi ilə əmək müqaviləsi bağlamaması və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etməməsi olub.

MMC-də əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin şəxslər kafel-metlax ustası kimi Cəbrayıl rayonu, Mahmudlu kəndi ərazisində işlərin yerinə yetirilməsinə cəlb edilib.

Şirkət rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb. MMC-nin qanunsuz əməllərinin üstü isə Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə edilən şikayətdən sonra açılıb. Belə ki, işçilər əmək haqlarının verilməməsi ilə bağlı DİN-ə müraciət ediblər. Aparılan araşdırma zamanı ustaların əmək müqaviləsi olmadan işlədildiyi məlum olub.

Məhkəmənin qərarı ilə şirkət İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 20 000 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilib.

Qeyd edək ki, 22.05.2023-cü ildə yaradılan, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Sarxan Mətləb oğlu Əzizovdur.

KORRUPSİYAXƏBƏR

Şərhlər