Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » 374 min manatlıq dələduzluqda ittiham edilən şəxsə hökm oxunub

374 min manatlıq dələduzluqda ittiham edilən şəxsə hökm oxunub

14 okt 2025, 18:36, korrupsiya
0 şərh    12 Baxılıb

 

Vətəndaşların etibarından sui-istifadə edərək onların pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Mirsənan Mürsəlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, təqsirləndirilən Mirsənan Mürsəlizadə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İstintaq və məhkəmə materiallarına görə, Mirsənan Mürsəlizadə “biznesə sərmayə” və müxtəlif işlər adı altında ümumilikdə 374 min manat məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirib.

O, vurduğu ziyanın bir qismini ödəyib, həmçinin zərərçəkmişlərin bir neçəsi ondan şikayətçi olmayıb.

Mirsənan Mürsəlizadə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq — külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunaraq məhkum edilib.

KORRUPSİYAXƏBƏR

Şərhlər