Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » Maliyyə nazirliyinin piyaniska mühasibi, içib parkda yatıb, cibindən telefonu oğurlanıb

Maliyyə nazirliyinin piyaniska mühasibi, içib parkda yatıb, cibindən telefonu oğurlanıb

19 okt 2025, 16:38, korrupsiya
0 şərh    18 Baxılıb

 

Bakıda məmur küçədə qarət olunub.

"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, hadisə Səbail rayonu Nizami küçəsində yerləşən Fəvvarələr meydanında qeydə alınıb.

Maliyyə Nazirliyində mühasib işləyən şəxs sərxoş halda “Bershka” mağazasının yanındakı oturacaqda yatıb. Bu zaman 37 yaşlı Malik Əsədov (ad və soyad şərtidir) onun yatdığını görüb və 3000 manatlıq “iPhone 14 pro max” markalı telefonunu, həmçinin arxa cibindən 100 manat pulu götürüb.

Zərərçəkənin sözlərinə görə, oğurlanan telefonun içərisində məxfi sənədlər olub və bu hadisəyə görə ona töhmət verilib.

Təqsirləndirilən şəxs isə bildirib ki, oğurladığı 3000 manatlıq “iPhone”u “20 Yanvar” metrostansiyası yaxınlığında 300 manata satıb.

Faktla bağlı Malik Əsədov barəsində Cinayət Məcəlləsinin 177.2.5-ci (oğurluq zərərçəkmişin cibindən, üzərindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla götürüldükdə) maddəsi ilə cinayət işi açılıb.

Səbail rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən iclasda verilən qərara əsasən təqsirləndirilən şəxs 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər