Yeni Xəbərlər
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki...
Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyev vəzifəsindən azad ediləcək....
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il...
Bələdiyyə üzvlüyünə namizədə hansı güzəştlər var? "KORRUPSİYAXƏBƏR"...
“Təbiəti qoruyanlar gələcəyimizi qoruyurlar” – Elyaz Yazandan ekologiya...
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Gəncə...
Elyaz Yazan: “Zaqatala rayon prokuroru Qabil Səfərov vətəndaş müraciətlərinə...
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) ölkədə casus şəbəkəsinə qarşı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » GENERALIN DİREKTOR QUDASI MƏHKƏMƏYƏ VERİLDİ. PEŞƏ TƏHSİL MƏRKƏZİNDƏ TƏLƏBƏNİ TƏHQİR EDİB

GENERALIN DİREKTOR QUDASI MƏHKƏMƏYƏ VERİLDİ. PEŞƏ TƏHSİL MƏRKƏZİNDƏ TƏLƏBƏNİ TƏHQİR EDİB

13 noy 2025, 22:03, korrupsiya
0 şərh    21 Baxılıb

 

Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fizuli Talıbovu məhkəməyə veriblər. 

"KORRUPSİYAXƏBƏR" Milli.Az-ın əldə etdiyi məlumatına istinadən bildirir ki, Fizuli Talıbov təhsil mərkəzində dərs zamanı tələbələrdən birini təhqir edib və qarşı tərəf ondan şikayət edib.

Belə ki, Talıov Fizuli Kazım oğlu barəsində Cinayət Məcəlləsinin 148 və 147.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayət məhkəmə icraatına qəbul olunub. 

Eyni zamanda Fizuli Talıbov barəsində müxtəlif iddialar da mövcuddur. F.Talıbovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəisi general-leytenant Arzu Rəhimovla quda olduğu deyilir.

İddialardan biri isə Fizuli Talıbov Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində çalışan 16 nəfəri əsassız işdən azad etməsi ilə bağlıdır. Ümumilikdə isə Təhsil Mərkəzi ilə bağlı qalmqallı iddialar səsləndirilir.

Qeyd edək ki, Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2018-ci ilin noyabrında sabiq Baş nazir Novruz Məmmədovun qərarı ilə təsdiqlənib. Qərara əsasən Aviasiya Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb və Abşeron Binə Peşə Liseyi də bu Mərkəzə birləşdirilib. 2024-cü ildə "Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi" dövlət qeydiyyatına alıb. Qurumun hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, 675, nizamnamə kapitalı 2 616 672,75 manat, qanuni təmsilçisi isə Fizuli Kazım oğlu Talıbovdur.

Əlavə olaraq qeyd edək ki, hazırda Fizuli Talıbovun rəhbərlik etdiyi Binə qəsəbəsində yerləşən "ABŞERON BİNƏ PEŞƏ LİSEYİ" ndə də qanunsuzluq və saxtakarlıq olması ilə bağlı həmin liseyin 14 ildir ki, xidmətçisi işləyən Şirinova Aygül Malı qızı da aidiyyatı orqanlara müraciət etmək, həmçinin hazırda icraatı aparılan məhkəməyə vəsatət göndərmək fikrindədir.

Nəticə barədə ətraflı məlumat veriləcəkdir. 

KORRUPSİYAXƏBƏR

Şərhlər