Yeni Xəbərlər
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki...
Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyev vəzifəsindən azad ediləcək....
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il...
Bələdiyyə üzvlüyünə namizədə hansı güzəştlər var? "KORRUPSİYAXƏBƏR"...
“Təbiəti qoruyanlar gələcəyimizi qoruyurlar” – Elyaz Yazandan ekologiya...
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Gəncə...
Elyaz Yazan: “Zaqatala rayon prokuroru Qabil Səfərov vətəndaş müraciətlərinə...
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) ölkədə casus şəbəkəsinə qarşı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » 2021-ci ildə baş vermiş hadisə ilə bağlı hələ də cinayət işi araşdırılır?

2021-ci ildə baş vermiş hadisə ilə bağlı hələ də cinayət işi araşdırılır?

25 noy 2025, 01:10, korrupsiya
0 şərh    7 Baxılıb

 

4 ildən çoxdur ki, oğlumun cəsədi iki yerə bölünüb, hələ də cinayət işi yekunlaşmır.

 Bu barədə "KORRUPSİYAXƏBƏR" ə, 2021-ci ildə bədəni iki hissəyə bölünmüş vəziyyətdə ölü tapılmış Elfaq Rüstəmovun atası Bayram Rüstəmov məlumat verib. 

Müraciət müəllifi bildirib ki, 2021-ci ilin dekabr ayının 13 axşam saat təqribən 19-20  radələrində evdən çıxıb və bir daha evə qayıtmayıb. arxasınca çıxıb axtardıq, yaxınlıqda olan qonşular biraz öncə siqaret alıdı deyə bildirdilər. Bir qədər də gözlədikdən sonra gəlmədiyinə görə, DİN-nin 102 xidmətinə zəng edərək məlumat verdik. Səhəri gün 14 dekabr 2021-ci il tarixdə Bakı Şəhəri, Nizami RPİ-nin, 23-cü PB-nə getdim, orada bildirdilər ki, bu gün də tapılmazsa, ondan sonra axtarışa verə bilərik. Nəticə etibarı ilə həmin gün Xətai rayon prokurorluğundan zəng daxil oldu ki, prokurorluğa yaxınlaşın. Mən də getdim Xətai rayon prokurorluğuna, orada mənə bildirdilər ki, oğlunuzun meyyiti tapılaraq morqa təhvil verilib. Mən də getdim morqa, oğlumun cəsədini gördüm, onun bədəni tam ortadan iki yerə bölünərək sonradan tikilmişdir. həm də baş nayihəsində yarıq var idi, onu da dedilər ki, analiz üçün biz yarmışıq.  Prokurorluğun müstəntiqi də mənə bildirdi ki, Siz dəfn edin, dəfndən sonra gələcəyəm. O gələn bu gələn, hələ də prokurorluğun müstəntiqi gəlməyib. Daha sonra mənə görüntüləri də göstərəcəyini bildirdi, heç onları da mənə göstərmədi. 

Yuxarıda qeyd edilənlərin hər birini müraciət müəllifi redaksiyamıza məlumat verib.

Qeyd edirik ki, vətəndaşın bildirdiklərinə əsasən tərəfimizdən Azərbaycan Respublikasının Baş prokurorluğuna rəsmi məlumat məktubu ünvanlanacaqdır. Rəsmi məlumat məktubumuza əsasən verilən cavab məktubu ilə Sizləri tanış edəcəyik. 

KORRUPSİYAXƏBƏR

Şərhlər