Yeni Xəbərlər
Tural Niftalıyev jurnalistləri belə təbrik edib Təqaüddə olan Şəki Şəhər-Rayon...
“KORRUPSİYAXƏBƏR” İnformasiya Xəbər Portalının təsisçi-rəhbəri Elyaz Yazan...
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq...
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının...
İyulun 10-da Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək...
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub İyulun 9-da Daxili...
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış...
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü...
Cəmiyyətin təhlükəsizliyi naminə fədakar xidmət - Vaqif Əsədovdan TƏBRİK!...
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə hər zaman Azərbaycan polisinin...
Баннер
Korrupsiya Xəbər » Hadisə » Goranboyda 5 mərtəbəli yaşayış binasının bir bloku tamamilə çöküb

Goranboyda 5 mərtəbəli yaşayış binasının bir bloku tamamilə çöküb

26 noy 2025, 22:18, korrupsiya
0 şərh    8 Baxılıb

Goranboyda yararsız hala düşən 5 mərtəbəli yaşayış binasının 5-ci bloku tamamilə çöküb.

"KORRUPSİYAXƏBƏR" in məlumatına görə, hadisə bu gün axşam saat 21 radələrində qeydə alınıb.

Belə ki, sözügedən binanın həmin bloku anidən uçub. Əvvəldən sakinlər köçürüldüyü üçün hadisə zamanı binada heç kim olmayıb və nəticəsində xəsarət alan olmayıb.

Əraziyə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, FHN aran regional mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov, rayon polis şöbəsinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri, həmçinin FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri də cəlb edilib. Ərazidə hazırda tədbirlər görülür.


Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komisiyasının sədri Seymur Nazarov bildirib ki, bir neçə gün əvvəl Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsi, 4 ünvanında yerləşən 60 mənzili binanın 5-ci girişinin birinci mərtəbəsi uçmuşdu. Həmin gündən rayonda FH komissiyasının və aidiyyəti qurumların iştirakı ilə sakinlər təxliyə edilmişdi və binada yaşayış yox idi.

“Bu gün axşam saat 21:30 radələrində binanın 5-ci girişi tamamilə çöküb. Aparılmış tədbirlər nəticəsində əhalinin girişi məhdudlaşdırıldığı üçün binada heç kəs olmayıb. Buna görə də xəsarət alan olmayıb. Rayonun bütün qurumları hadisə yerindədir”, - o əlavə edib.

Qeyd edək ki, noyabrın 23-ü sözügedən binanın 2-ci girişinin birinci mərtəbəsində 2 mənzilin döşəməsi və arakəsmə divarlarının uçması ilə əlaqədar 60 ailə evakuasiya edilmişdi.

"KORRUPSİYAXƏBƏR"

Daha çox xəbər:
11 iyn 2026, 19:04    19    0
GÖYÇAY QARIŞDI!!! KÜTLƏVİ İNSDENT KORRUPSİYAXƏBƏR"ə daxil olan məlumata görə, Göyçay...
Şərhlər