Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » Dünən Balakəndə qəzada xəsarət alan şəxs xəstəxanada ölüb

Dünən Balakəndə qəzada xəsarət alan şəxs xəstəxanada ölüb

16 dek 2025, 23:13, korrupsiya
0 şərh    7 Baxılıb

Dünən Balakəndə baş verən ağır yol qəzasında ölənlərin sayı ikiyə çatıb.

"KORRUPSİYAXƏBƏR" in məlumatına görə, qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan rayonun Yeni Şərif kənd sakini 31 yaşı Şamil Saxalov 16 dekabr axşam saatlarında müalicə aldığı Balakən Rayon Mərkəzi Xəstəxanasında (RMX) dünyasını dəyişib.

15.12.2025

19:04

Balakəndə “VAZ” markalı iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var.

"KORRUPSİYAXƏBƏR" in  məlumatına görə, hadisə axşam saat 17 radələrində rayonun Talalar kəndi ərazisində baş verib.

Hərəkətdə olan “VAZ 2106” və “VAZ 21015” markalı iki minik avtomobili toqquşub. Qəza zamanı “VAZ-2106”nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı xəsarətlərdən Balakən Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım Şöbəsində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü 22 yaşlı Rufan Bayramov və “VAZ-2106”da olan sərnişin, 31 yaşlı Şamil Saxalov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən RMX-nın Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

"KORRUPSİYAXƏBƏR" 

Şərhlər