Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » Qaxda külli miqdarda narkotik vasitə aşkarlanıb – əvvəllər məhkum olunmuş şəxs saxlanıldı

Qaxda külli miqdarda narkotik vasitə aşkarlanıb – əvvəllər məhkum olunmuş şəxs saxlanıldı

13 may 2026, 09:54, korrupsiya
0 şərh    30 Baxılıb

 

Qaxda külli miqdarda narkotik vasitə aşkarlanıb – əvvəllər məhkum olunmuş şəxs saxlanıldı

Bu barədə "KORRUPSİYAXƏBƏR" ə DİN-nin Mətbuat xidmətindən məlumat verilib.

 

Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı hüquq-mühafizə orqanları tərəfindən tədbirlər qətiyyətlə davam etdirilir.

Məlumatda bildirilib ki, bu istiqamətdə keçirilən növbəti uğurlu əməliyyat zamanı Qax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsi saxlayıblar.

Əməliyyat tədbirləri nəticəsində əvvəllər də analoji cinayət əməlilə məhkum olunmuş 53 yaşlı şəxsdən 4 kiloqram 300 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, son dövrlər ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat tədbirləri daha da gücləndirilib və hüquq-mühafizə orqanları tərəfindən bu istiqamətdə ardıcıl mübarizə aparılır.

“KORRUPSİYAXƏBƏR.COM.AZ” informasiya portalı olaraq, narkotiklərlə mübarizə istiqamətində həyata keçirilən tədbirlərə görə Daxili İşlər Orqanlarının rəhbərliyinə, eləcə də Qax Rayon Polis Şöbəsinə yeni təyin olunmuş rəisə və şöbənin əməkdaşlarına təşəkkürümüzü bildiririk. Cəmiyyətin təhlükəsizliyi naminə həyata keçirilən bu cür tədbirlər təqdirəlayiqdir.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər