
Son dövrlərdə regionlarda ekoloji hüquqpozmalara, bələdiyyə torpaqlarının qanunsuz istifadəsinə və yaşıllıqların məhv edilməsinə dair yayılan məlumatlar cəmiyyətdə ciddi narahatlıq yaradır. Xüsusilə dövlət və bələdiyyə mülkiyyətində olan ərazilərdə ağacların qanunsuz kəsilməsi halları ictimai diqqət tələb edən məsələlərdəndir.
"KORRUPSİYAXƏBƏR.COM.AZ" İnformasiya-Xəbər Portalı tərəfindən Zaqatala rayonunun Muğanlı kəndi ərazisində baş verdiyi iddia edilən qanunsuz ağackəsmə və torpaq istifadəsi faktları ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi məlumat məktubları ünvanlanmışdır. Həmin müraciətlər əsasında təqdim olunan rəsmi cavablar isə məsələnin bəzi məqamlarına aydınlıq gətirsə də, eyni zamanda yeni və ciddi suallar da ortaya çıxarmışdır.
AR-Ekologiya və Təbii Sərvətlər nazirliyinin 7 saylı Ekologiya idarəsi tərəfindən təqdim edilən rəsmi cavab məktubunda qeyd olunur ki:
Eyni zamanda Zaqatala rayon Qandax bələdiyyəsi tərəfindən də təqdim olunan cavab məktubunda da bələdiyyə torpaqlarının qanunsuz əkilməsi və ağacların kəsilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarına məlumat verildiyi qeyd olunub.
Araşdırmalar zamanı diqqət çəkən ən mühüm məqamlardan biri odur ki, meşə fonduna aid ərazidə kəsildiyi bildirilən bir ədəd palıd ağacının diametri dəqiq şəkildə — 68 sm olaraq göstərilib. Lakin bələdiyyə mülkiyyətində qanunsuz kəsildiyi bildirilən 4 ədəd irigövdəli yaş qovaq ağacının diametrləri rəsmi sənəddə ümumiyyətlə qeyd edilməyib.
Halbuki ekoloji qanunvericilikdə ağacın diametri dəymiş ziyanın hesablanması üçün əsas meyarlardan biri hesab olunur.
Bu isə aşağıdakı sualları ortaya çıxarır:
Rəsmi cavabda palıd ağacının “quru” olduğu göstərilsə də, tərəfimizdən əldə olunan məlumatlar və müşahidələr həmin ağacın yaş vəziyyətdə olduğunu ehtimal etməyə əsas verir.
Əgər doğrudan da ağac yaş olubsa, o zaman burada ekoloji ziyanın miqyası daha böyük hesab edilməlidir. Bu baxımdan “quru ağac” ifadəsinin hansı əsaslarla yazıldığı ictimaiyyət üçün açıq qalan məsələlərdən biridir.
Ən mühüm hüquqi məsələlərdən biri də budur ki, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin qanunsuz əkilməsi və istifadəsi faktı ilə bağlı materialların yalnız polis və ekologiya qurumlarına göndərilməsi yetərli hesab oluna bilməz.
Çünki söhbət:
Bu baxımdan aşağıdakı qurumların da prosesə cəlb olunması zəruri görünür:
Qandax bələdiyyəsinin cavab məktubunda aidiyyəti dövlət qurumlarına məlumat verildiyi qeyd olunsa da, qanunsuz istifadə etdiyi iddia olunan şəxsin bələdiyyə tərəfindən cərimələnib-cərimələnmədiyi barədə heç bir məlumat yer almır.
Halbuki Azərbaycan qanunvericiliyinə əsasən, bələdiyyə mülkiyyətinə ziyan vurulması və torpağın qanunsuz istifadəsi hallarında yerli özünüidarəetmə orqanları tərəfindən inzibati tədbirlər görülməsi mümkündür.
Bu səbəbdən aşağıdakı suallar yaranır:
Bu məsələ artıq yalnız bir neçə ağacın kəsilməsi məsələsi deyil. Burada:
"KORRUPSİYAXƏBƏR.COM.AZ" İnformasiya -Xəbər Portalı olaraq hesab edirik ki, ictimai maraq doğuran belə məsələlər hərtərəfli, şəffaf və nəticəyönümlü araşdırılmalıdır. Əks halda cəmiyyətdə prosesin formal xarakter daşıdığı, məsuliyyətin isə müxtəlif qurumlar arasında ötürüldüyü barədə şübhələr yaranır.
Azərbaycan Respublikasının Konstitusiyası və “Vətəndaşların müraciətləri haqqında” Qanun dövlət qurumlarından vətəndaş müraciətlərinə yalnız formal deyil, mahiyyət üzrə obyektiv və qanunamüvafiq yanaşma tələb edir.
İctimaiyyət isə bu məsələdə konkret hüquqi nəticələrin ortaya qoyulmasını gözləyir.
"KORRUPSİYAXƏBƏR"