Yeni Xəbərlər
Tural Niftalıyev jurnalistləri belə təbrik edib Təqaüddə olan Şəki Şəhər-Rayon...
“KORRUPSİYAXƏBƏR” İnformasiya Xəbər Portalının təsisçi-rəhbəri Elyaz Yazan...
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq...
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının...
İyulun 10-da Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək...
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub İyulun 9-da Daxili...
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış...
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü...
Cəmiyyətin təhlükəsizliyi naminə fədakar xidmət - Vaqif Əsədovdan TƏBRİK!...
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə hər zaman Azərbaycan polisinin...
Баннер
Korrupsiya Xəbər » Hadisə » "Diqqət! İş Bəhanəsi ilə İnsanları Aldadan Şəxs Ortaya Çıxdı" Sosial Şəbəkələrdə və Telefon Danışıqlarında Aldatma Halları Artır: Vətəndaşlar Diqqətli Olsun!

"Diqqət! İş Bəhanəsi ilə İnsanları Aldadan Şəxs Ortaya Çıxdı" Sosial Şəbəkələrdə və Telefon Danışıqlarında Aldatma Halları Artır: Vətəndaşlar Diqqətli Olsun!

29 iyn 2026, 19:49, korrupsiya
0 şərh    12 Baxılıb


"Diqqət! İş Bəhanəsi ilə İnsanları Aldadan Şəxs Ortaya Çıxdı"
Sosial Şəbəkələrdə və Telefon Danışıqlarında Aldatma Halları Artır: Vətəndaşlar Diqqətli Olsun!


"Diqqət! İş Bəhanəsi ilə İnsanları Aldadan Şəxs Ortaya Çıxdı"
Sosial Şəbəkələrdə və Telefon Danışıqlarında Aldatma Halları Artır: Vətəndaşlar Diqqətli Olsun!
Elyaz Yazan yazır...
Son dövrlər müxtəlif bəhanələr gətirərək insanlardan az məbləğdə pul almaq və daha sonra əlaqəni kəsmək halları geniş yayılıb. Təəssüf ki, bu cür dələduzluq əməllərinin qurbanlarından biri də mən oldum.
Belə ki, bu gün mənə bir qadının telefon nömrəsi təqdim edildi və bildirildi ki, həmin şəxs ofisiant işləmək istəyir. Mən də insanlıq naminə onunla əlaqə saxladım və işlə bağlı razılıq əldə etdik.
Bir qədər sonra özünü Təranə kimi təqdim edən qadın mənə kirayədə yaşadığını, ev sahibinə təcili olaraq 20 manat verməli olduğunu bildirdi və xahiş etdi ki, həmin məbləği kart hesabına köçürüm. O, işə gəldikdən sonra verilən pulu əmək haqqından tutulmasına razı olduğunu da qeyd etdi.
İnsanlıq və etimad göstərərək, mən həmin şəxsin təqdim etdiyi bank kartına 25 manat məbləğində pul köçürdüm. Lakin pul göndərildikdən qısa müddət sonra həmin qadın telefon zənglərimə və mesajlarıma cavab vermədi, əlaqəni tamamilə kəsdi.
Mən bu yazını heç kimi məhkəmə qərarı olmadan ittiham etmək məqsədilə deyil, cəmiyyətin diqqətinə çatdırmaq və digər vətəndaşların da oxşar halların qurbanına çevrilməsinin qarşısını almaq üçün qələmə alıram.
Əgər bu hadisə qəsdən törədilmiş aldatma əməlidirsə, aidiyyəti hüquq-mühafizə orqanlarının məsələyə hüquqi qiymət verməsi zəruridir. Eyni zamanda, vətəndaşları tanımadıqları şəxslərə, xüsusilə də müxtəlif bəhanələrlə pul istəyən insanlara qarşı daha ehtiyatlı olmağa çağırıram.
Əgər başqa şəxslər də eyni üsulla aldadılıblarsa, aidiyyəti qurumlara müraciət etmələri və hüquqlarını qanun çərçivəsində müdafiə etmələri tövsiyə olunur.
Qeyd: Redaksiya tərəfindən hadisə ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hər zaman hazır olduğumuzu bildiririk. Əgər özünü Təranə kimi təqdim edən şəxs məsələyə münasibət bildirmək istəyərsə, onun açıqlaması da olduğu kimi ictimaiyyətə təqdim ediləcək.

Onu da qeyd edirik ki, tərəfimizdən həmin şəxsin müəyyən edilərək (AR-İXM-nin 227-ci maddəsi) ilə (xırda talama ) inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə AR-nın DİN-nin rəhbərliyinə rəsmi məlumat məktubu ünvanlanacaqdır.

"KORRUPSİYAXƏBƏR


Şərhlər