Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » Beyləqanda ustalar hündürlükdən yıxıldı - Biri öldü - Yenilənib

Beyləqanda ustalar hündürlükdən yıxıldı - Biri öldü - Yenilənib

07 iyl 2025, 09:55, korrupsiya
0 şərh    7 Baxılıb

Beyləqanda ustalar hündürlükdən yıxıldı - Biri öldü - Yenilənib

Beyləqanda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.

“Qafqazinfo”nun məlumatına görə, ötən ayın 28-də Beyləqanda yerləşən “Kral” şadlıq sarayında təmir işləri aparan zaman rayon sakini olan iki usta - Cəfərov Elşən və Süleymanov Rauf ağır xəsarət alaraq Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Xəstəxanada üç gün müalicə aldıqdan sonra Elşən Cəfərov paytaxtda yerləşən Neyrocərrahiyyə Xəstəxanasına göndərilib və orada əməliyyat edilib. 

Əməliyyat edilən E.Cəfərov bu gün xəstəxanada həyatını itirib. 

Hadisə zamanı xəsarət alan digər usta Rauf Süleymanovun hazırda müalicəsi rayon xəstəxanasında davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, iyunun 28-i saat 17:00 radələrində Beyləqan rayonunda hündürlükdən yıxılma hadisəsi səbəbilə 2 nəfər (kişi cinsli)  Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

Onlardan 1973-cü il təvəllüdlü şəxsə başın açıq yarası, 1976-cı il təvəllüdlü şəxsə isə bel nahiyəsinin küt travması diaqnozu təyin edilib.

1973-cü il təvəllüdlü şəxsə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

1976-cı il təvəllüdlü şəxs ixtisaslı tibbi müayinə olunması üçün Bakı şəhəri Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.

Daha çox xəbər:
14 sen 2025, 07:48    10    0
Şəmkirdə minik avtomobili ağaca çırpılıb, iki nəfər ölüb - YENİLƏNİB Şəmkirdə baş vermiş...
Şərhlər