Yeni Xəbərlər
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki...
Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyev vəzifəsindən azad ediləcək....
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il...
Bələdiyyə üzvlüyünə namizədə hansı güzəştlər var? "KORRUPSİYAXƏBƏR"...
“Təbiəti qoruyanlar gələcəyimizi qoruyurlar” – Elyaz Yazandan ekologiya...
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Gəncə...
Elyaz Yazan: “Zaqatala rayon prokuroru Qabil Səfərov vətəndaş müraciətlərinə...
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) ölkədə casus şəbəkəsinə qarşı...
Баннер
Korrupsiya Xəbər » Mədəniyyət » ELYAZ YAZAN: TƏRTƏRİN SƏHLƏBAD KƏNDİNDƏKİ TOYDAN DANIŞIB

ELYAZ YAZAN: TƏRTƏRİN SƏHLƏBAD KƏNDİNDƏKİ TOYDAN DANIŞIB

15 sen 2025, 14:34, korrupsiya
0 şərh    43 Baxılıb

 

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, redaksiyanın rəhbəri ELYAZ (YAZAN), 14 sentyabr 2025-ci il tarixdə Tərtər rayonunun Səhləbad kəndində toy mərasimində iştirak edib. Toy mərasiminin gedişatı və adət ənənələri Elyaz Yazanın çox xoşuna gəlib. Ona görə də toy mərasimində çıxış üçün söz verilən Elyaz Yazan, bəy və gəlini eləcə də onların valideynlərini təbrik etməzdən əvvəl ilk öncə Tərtər rayon əhlini və məclis iştirakçılarını salamlayıb. Daha sonra məclis əhlindən şəhid valideynlərinin, qazilərin və veteranların, eləcə də onların ailələrinin şərəfinə bir alqış edilməsini xahiş edib.
Elyaz Yazan, xoşuna gələn adət-ənənələri sayaraq, (toy mərasimi zamanı ilk öncə şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsinin, şəhidlərimiz anılmadan masalara spirtli içkilərin qoyulmamasının, çıxış etmək üçün qohum-əqrabaların ayrı-ayrı yox, cəm şəkildə dəvət olunmasının, kənar qonaqlara da çıxış üçün zaman ayrılması hallarını müsbət qiymətləndirərək, bir daha təşkilatçılara öz minnətdarlığını bildirib.
Həmçinin restoranın üst tavanındakı işıqların Azərbaycan Respublikasının bayrağını əks etdirməsi, musiqiçilərin də gözəl musiqiləri və ifaları ilə toy mərasimin yüksək səviyyədə şənləndirmələri, Elyaz Yazanın daha çox xoşuna gəlib.

Bir daha redaksiya heyyəti adından bütün Tərtər əhlinə dərin minnətdarlığımızı bildirir, bəy və gəlinimizə xoşbəxtlik, ailə səadəti və uzun ömür arzulayaraq, hər iki qohumlara göz aydınlığı veririk. 


 

KORRUPSİYAXƏBƏR

Şərhlər