Yeni Xəbərlər
Tural Niftalıyev jurnalistləri belə təbrik edib Təqaüddə olan Şəki Şəhər-Rayon...
“KORRUPSİYAXƏBƏR” İnformasiya Xəbər Portalının təsisçi-rəhbəri Elyaz Yazan...
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq...
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının...
İyulun 10-da Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək...
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub İyulun 9-da Daxili...
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış...
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü...
Cəmiyyətin təhlükəsizliyi naminə fədakar xidmət - Vaqif Əsədovdan TƏBRİK!...
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə hər zaman Azərbaycan polisinin...
Баннер
Korrupsiya Xəbər » Mədəniyyət » DƏVƏTNAMƏLƏR TARİXƏ QOVUŞUR... ARTIQ TOYA BELƏ DƏVƏT EDİLƏCƏK

DƏVƏTNAMƏLƏR TARİXƏ QOVUŞUR... ARTIQ TOYA BELƏ DƏVƏT EDİLƏCƏK

08 okt 2025, 01:48, korrupsiya
0 şərh    19 Baxılıb

 

Son illərdə toy dəvətnamələrinin kağız üzərində deyil, elektron formada göndərilməsi geniş yayılıb. İnsanlar artıq yaxınlarını toylara WhatsApp üzərindən videoçarx, səsli və ya yazılı dəvətlərlə çağırırlar. Maraqlıdır, gələcəkdə bütün toy dəvətnamələri tamamilə elektron formaya keçə bilərmi?

Mövzu ilə bağlı "KORRUPSİYXƏBƏR"-ə açıqlama verən sosioloq Nailə İsmayılova bildirib ki, gələcəkdə dəvətnamələrin tamamilə elektron formaya keçməsi qaçılmazdır:

Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda  yayılan videodan DANIŞDI » Azxeber.com

“Son zamanlar dəvətnamələr elə elektron şəkildə göndərilir. Mən düşünmürəm ki, insanlar yenidən kağız dəvətnamələrə qayıtsınlar. Artıq hər şey elektronlaşır və dəvətnamələr də bu sıraya qoşulub. Çox gözəl dizaynlı elektron dəvətnamələr göndərilir və toyların da yüksək səviyyədə təşkil olunduğunu görürük”.

Lakin sosioloq qeyd edib ki, dəvətnamənin kağız və ya elektron olması ailələrin xoşbəxtliyinə təsir göstərmir:

“Ən çox düşündürən məqam qurulan ailələrin davamlılığıdır. Təəssüf ki, gözəl təşkil olunmuş məclislərdən sonra bir çox ailələr uzun ömürlü olmur. Sosial şəbəkələrdə boşanma ilə bağlı tez-tez müzakirələr aparılır. Yəni dəvətnamənin hansı formada göndərilməsindən asılı olmayaraq, əsas məsələ ailələrin möhkəmliyi və övladların xoşbəxt valideynlərlə böyüməsidir”.

Nailə İsmayılova əlavə edib ki, əvvəlki illərdə dəvətnamələrin əlbəəl verilməsi insanlarda xüsusi emosional bağ yaradırdı:

“O zaman bir insan dəvətnaməni sevinc içində təqdim edirdi və həmin an qarşı tərəfə həm də müsbət enerji ötürülürdü. Bu, sanki gənclərə duaların və xoş arzuların əldən-ələ keçməsi idi. Çox nadir hallarda boşanma halları müşahidə olunurdu”.

Sosioloqun fikrincə, dəvətnamənin kağız və ya elektron olması faciə deyil, əsas məsələ qurulan ailələrin möhkəmliyi və xoşbəxtliyidir.

KORRUPSİYXƏBƏR

Şərhlər