Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Səhiyyə » İşdən çıxarılan şöbə müdirinin həkim kimi işləməsi qadağan edildi - Foto

İşdən çıxarılan şöbə müdirinin həkim kimi işləməsi qadağan edildi - Foto

10 sen 2025, 16:44, korrupsiya
0 şərh    18 Baxılıb

Yenidoğulmuş körpənin ölümündə təqsirləndirilən həkim Könül Xudatovanın məhkəməsi başa çatıb.

“KORRUPSİYAXƏBƏR" in məlumatına görə, Saatlı Rayon Məhkəməsində keçirilən prosesdə Könül Xudatova Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq-Ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinib.

Qeyd edilib ki, hadisə 2023-cü ilin iyul ayında Saatlı Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. O zaman xəstəxananın Ginekologiya və doğum şöbəsinin müdiri vəzifəsində işləyən K.Xudatova doğuş prosesində iştirak edib. Lakin o, doğuşdan əvvəl proseduru düzgün həyata keçirməyib və doğuş vaxtı körpənin zədələnməsinə səbəb olub. Nəticədə yenidoğulmuş qız uşağı 1 gün sonra vəfat edib.

Könül Xudatova ölüm hadisəsində hər hansı günahının olmadığını bildirərək bəraət istəyib.

Həmçinin məlum olub ki, bu hadisədən sonra K.Xudatova sosial mediada xəstəxananın baş həkimini günahlandıraraq uşağın oksigen balonuna qoşulmasına imkan vermədiyini deyib. Bundan sonra işdən çıxarılan şöbə müdiri fəaliyyətini Tovuz Rayon Mərkəzi Xəstəxanasında həkim kimi davam etdirib.

Saatlı Rayon Məhkəməsinin hökmü ilə 1984-cü il təvəllüdlü Könül Xudatovaya 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Ona elektron qolbaq taxılıb.

K.Xudatovanın əlavə cəza kimi 1 il müddətə dövlət və özəl tibb müəssisələrinin ginekologiya və doğum şöbələrində rəhbər vəzifə tutmaq və mama-ginekoloq fəaliyyəti ilə məşğul olmaq hüququ da qadağan edilib.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər