Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Səhiyyə » “Xilaskar əllərə təşəkkür: Elyaz Yazan tibb işçilərini peşə bayramı münasibətilə təbrik etdi”

“Xilaskar əllərə təşəkkür: Elyaz Yazan tibb işçilərini peşə bayramı münasibətilə təbrik etdi”

17 iyn 2026, 16:07, korrupsiya
0 şərh    7 Baxılıb

 Bu gün ölkəmizin bütün tibb işçiləri peşə bayramlarını qeyd edir.

Bu münasibətlə “KORRUPSİYAXƏBƏR" in təsisçi rəhbəri Elyaz Yazan bütün həkimləri, tibb bacılarını və səhiyyə sahəsində çalışan bütün əməkdaşları səmimi qəlbdən təbrik edib.
Elyaz Yazan bildirib ki, insan sağlamlığının keşiyində dayanmaq, xəstələrin ağrı-acısını azaltmaq və onların həyata ümidini yenidən qaytarmaq ən ali və məsuliyyətli peşələrdən biridir.
“Gecəsini gündüzünə qatan, ən çətin anlarda insanların yanında olan bütün tibb işçilərinə dərin minnətdarlığımı bildirirəm. Sizlərin zəhməti, fədakarlığı və insanlara göstərdiyiniz qayğı cəmiyyətimiz üçün böyük dəyərdir. Hər birinizə möhkəm cansağlığı, peşə fəaliyyətinizdə yeni uğurlar və ailə xoşbəxtliyi arzulayıram,” – deyə Elyaz Yazan qeyd edib.
Qeyd edək ki, tibb işçilərinin əməyi hər zaman yüksək qiymətləndirilir və onların cəmiyyət qarşısında göstərdikləri xidmət xüsusi hörmətə layiqdir.
Odur ki, bu gün mən də Azərbaycan xalqını sevən, dövləti və dövlətçiliyi dəstəkləyən bir media nümayəndəsi olaraq, mən bütün ağ xalatlı qəhrəmanları peşə bayramı münasibətilə ürəkdən təbrik edir, onlara şərəfli fəaliyyət yollarında uğurlar arzulayıram.

Hörmətlə:

Elyaz Yazan 

KORRUPSİYAXƏBƏR

Şərhlər