Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Səhiyyə » ŞƏHİD AİLƏLƏRİNƏ BÜTÜN XİDMƏTLƏR PULSUZDUR” – BU YAZI SADƏCƏ REKLAMDIRMI?!

ŞƏHİD AİLƏLƏRİNƏ BÜTÜN XİDMƏTLƏR PULSUZDUR” – BU YAZI SADƏCƏ REKLAMDIRMI?!

21 iyl 2026, 12:47, korrupsiya
0 şərh    245 Baxılıb

Bəli dəyərli dostlar!

Bu gün, şəhid ailəsi tərəfindən redaksiyamıza daxil olmuş məlumat Sizləri də narahat edəcəyinə əminik.

Bu gün səhər saatlarında Balakən rayonunun Katex kənd sakini, Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş şəhid Huduluov Pənah Rüfət oğlunin qardaşı Hudulov Şaban Rüfət oğlu redaksiyamıza müraciət edib.
Şaban Hudulovun sözlərinə görə, o, Balakən rayonunda fəaliyyət göstərən “Elmas Klinikası”na müraciət edib və göstərilən xidmətə görə ondan 100 manat ödəniş alınıb.
Vətəndaşın narazılığına səbəb isə klinikanın girişində yerləşdirilmiş elan olub. Elanın üzərində belə yazılıb:
“Şəhid ailələrinə Elmas Klinikası tərəfindən bütün xidmətlər ödənişsizdir. Vətənə olan borclarını ödəyiblər. Şəhidlərin ruhu qarşısında baş əyirik.”
Şaban Hudulov bildirir ki, o, klinikaya müraciət edərkən şəhid ailələrinə bütün xidmətlərin pulsuz göstərildiyini bilmirdi. Lakin klinikanın girişində bu məzmunda elan gördükdən sonra həmin xidmətin də ödənişsiz olacağı qənaətinə gəlib.
Şəhid qardaşı redaksiyamıza bildirib ki, əgər klinikanın girişində belə bir elan olmasaydı, ödədiyi 100 manatla bağlı heç bir etiraz etməyəcəkdi. Lakin şəhid ailələrinə bütün xidmətlərin pulsuz göstərildiyini bəyan edən elanla faktiki olaraq ödəniş alınması onun ciddi narazılığına səbəb olub.
Vətəndaşın sözlərinə görə, məsələ ilə bağlı klinika rəhbərliyindən izahat almağa çalışsa da, yaranmış vəziyyətdən hədsiz dərəcədə qəzəblənib.
Burada əsas sual ortaya çıxır:
Əgər “Elmas Klinikası” şəhid ailələrinə bütün xidmətləri ödənişsiz göstərdiyini elan edirsə, şəhid ailəsi üzvündən 100 manat hansı xidmətə görə alınıb?

 
Yox, əgər elan yalnız müəyyən xidmətlərə şamil edilirsə, o zaman “bütün xidmətlər ödənişsizdir” ifadəsi nə məqsədlə yazılıb?
Məsələ ilə bağlı “Elmas Klinikası”nın rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.
Redaksiya olaraq bildiririk ki, məqsədimiz hər hansı tibb müəssisəsinin fəaliyyətinə kölgə salmaq deyil. Məqsəd vətəndaşın müraciətini, xüsusilə də şəhid ailəsi üzvünün narazılığını ictimaiyyətə çatdırmaq və yaranmış suallara aydınlıq gətirilməsinə nail olmaqdır.
📌 Qeyd: Şəhid ailələri ilə bağlı bu cür elanlar ictimaiyyət üçün ciddi əhəmiyyət daşıyır. Bu səbəbdən həmin elanların məzmunu ilə göstərilən xidmətlər arasında uyğunsuzluq yaranarsa, bu məsələyə aydınlıq gətirilməsi vacibdir.

Müraciətdə qeyd edilən məsələlərə aydınlıq gətirilməsi və qanunamüvafiq tədbirlərin görülməsi məqsədi ilə tərəfimizdən AR-nın prezidentinə və eləcə də bütün aidiyyatı orqanlara rəsmi məlumat məktubu ünvanlanacaqdır.

Onu da qeyd edək ki, deyilənlərlə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq!

KORRUPSİYAXƏBƏR 

Şərhlər