
Şəki RMX-nın kollektivi Şəhidlərimizi ehtiramla yad edib – Şəlalə həkim başda olmaqla kollektiv ziyarətdə
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, 27 Sentyabr – Anım Günü ilə əlaqədar Şəki Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib.
Şəki RMX-nın Publik Hüquqi Şəxsin rəhbərliyi və bütün kollektivi 27 Sentyabr – Anım Günü münasibətilə şəhidlərin xatirəsinin əbədiləşdirildiyi məkanlardan birini ziyarət edərək Vətən uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Ziyarətdə Şəlalə həkim başda olmaqla xəstəxananın müxtəlif şöbələrində çalışan tibb işçiləri və digər əməkdaşlar iştirak ediblər. Kollektiv şəhidlərin məzarları və xatirə kompleksi önünə qərənfillər qoyub, onların ruhuna ehtiramlarını bildiriblər.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda həyatını fəda edən şəhidlərin keçdiyi şərəfli yolun heç vaxt unudulmayacağı vurğulanıb.
Şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına göstərilən ehtiram isə milli birliyimizin və Vətən sevgimizin mühüm ifadələrindən biridir.
Şəki RMX-nın kollektivinin Anım Günündə bu ziyarəti həm şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın, həm də tibb işçilərinin cəmiyyət qarşısında milli-mənəvi dəyərlərə bağlılığının nümunəsidir.
Şəhidlərimizi yad etməklə, belə bir hərəkətləri ilə vətənpərvərlik yolunda insanlara və eləcə də gənc nəsillərimizə nümunə olduqlarına görə, rəhbərlik başda olmaqla hər birilərinə təşəkkürümüzü bildiririk.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ruhu qarşısında baş əyirik!
"KORRUPSİYAXƏBƏR "