Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Siyasət » ABŞ hökuməti işini dayandırdı

ABŞ hökuməti işini dayandırdı

01 okt 2025, 09:26, korrupsiya
0 şərh    8 Baxılıb

1 oktyabr tarixində, şərq vaxtı ilə 00:01-də (Bakı vaxtı ilə 08:01) ABŞ-də hökumət fəaliyyətini rəsmən dayandırıb (şatdaun). Buna səbəb Konqresin yeni maliyyə ili üçün büdcəni qəbul edə bilməməsi olub.

"KORRUPSİYAXƏBƏR" RBK-ya istinadla xəbər verir ki, şatdaun dövründə dövlət qurumlarının vəsait xərcləməsi qadağan edilib.

Əksər dövlət qulluqçuları ödənişsiz məzuniyyətə göndərilib, yalnız kritik sahələrdə çalışanlar - tibb işçiləri, sərhəd mühafizəçiləri, hərbçilər, nəqliyyat işçiləri və digərləri maaşsız işləməyə məcbur olacaqlar.

Bu, son yeddi ildə ilk tam şatdaundur. Son illərdə Konqres, adətən, müvəqqəti büdcə qanunları (continuing resolution, CR) qəbul etməklə hökumətin fəaliyyətini qismən davam etdirirdi. ABŞ müasir tarixində, indiki də daxil olmaqla, 21 dəfə şatdaun baş verib.

Ən uzunmüddətli şatdaun ABŞ Prezidenti Donald Trampın ilk prezidentlik dövründə qeydə alınıb. O, 2018-ci ilin 22 dekabrından 2019-cu ilin 25 yanvarınadək 35 gün davam edib. Həmin vaxt ödənişsiz məzuniyyətə göndərilən dövlət qulluqçuları ərzaq yardımı almağa məcbur qalmış, maaşsız işləyənlər isə kütləvi şəkildə xəstəlik vərəqəsi götürmüşdülər. Bu proses ABŞ iqtisadiyyatına 3 milyard dollara başa gəlmişdi.

Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfirliyi də şatdaunla bağlı bəyanat yayıb.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər