Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Siyasət » AZƏRBAYCANDA YENİ NAZİRLİYİN YARADILMASI TƏKLİF EDİLDİ.

AZƏRBAYCANDA YENİ NAZİRLİYİN YARADILMASI TƏKLİF EDİLDİ.

11 okt 2025, 17:23, korrupsiya
0 şərh    20 Baxılıb

 

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, uzun illər boyu Azərbaycan vətəndaşı müxtəlif məsələlərin həllində, sadə sənədlərin əldə edilməsində çox vaxt itirirdi:

“Bəzən bir arayış, bir icazə və ya bir sənəd üçün günlərlə, hətta həftələrlə gözləməli olurdu.

Xəbəri videodan da izləyə bilərsiniz:

Bu isə vətəndaş məmnunluğuna mənfi təsir göstərirdi. Lakin ölkə rəhbərliyinin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” modeli bu sahədə inqilabi dəyişikliklərə səbəb oldu. Mən qətiyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan vətəndaşı məmnunluğun ən yüksək səviyyədə təmin olunduğu bir sistemə sahibdir.

“ASAN xidmət”də hər bir sorğuya operativ cavab verilir, hər bir tənqid və ya şikayət dərhal dəyərləndirilir. Təəssüf ki, digər qurumlarda hələ də bu yanaşmanı tam görmürük. Bu baxımdan düşünürəm ki, müzakirə etdiyimiz qanun layihəsi bu modelin daha da genişlənməsinə, dövlət idarəçiliyinin çevik və şəffaf fəaliyyətinə xidmət edəcəkdir.

Eyni zamanda, məncə, “ASAN xidmət indeksi” ideyasının formalaşması çox müsbət haldır. Lakin bu təşəbbüsü təkcə bir qurumla məhdudlaşdırmadan, “Dövlət Xidmətləri İndeksi” adı ilə ümumiləşdirmək daha məqsədəuyğun olardı. Bu, bütövlükdə dövlət sistemində xidmət keyfiyyətinin ölçülməsi və inkişafına töhfə verəcəkdir”.

KORRUPSİYAXƏBƏR

Şərhlər