Yeni Xəbərlər
Tural Niftalıyev jurnalistləri belə təbrik edib Təqaüddə olan Şəki Şəhər-Rayon...
“KORRUPSİYAXƏBƏR” İnformasiya Xəbər Portalının təsisçi-rəhbəri Elyaz Yazan...
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq...
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının...
İyulun 10-da Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək...
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub İyulun 9-da Daxili...
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış...
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü...
Cəmiyyətin təhlükəsizliyi naminə fədakar xidmət - Vaqif Əsədovdan TƏBRİK!...
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə hər zaman Azərbaycan polisinin...
Баннер
Korrupsiya Xəbər » Siyasət » “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika

“Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika

16 iyn 2025, 09:00, korrupsiya
0 şərh    4 Baxılıb

“Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika

İran-İsrail arasında davam edən qarşılıqlı raket zərbələrindən regionda ən çox qorxuya düşən Ermənistandır.

 Musavat.com xəbər verir ki, erməni mediasında, xüsusilə baş nazir Nikol Paşinyana müxalif olan nəşrlərdə bu narahatlıq xüsusi hiss edilməkdədir.

Yazılarda əsas narahatlıq Zəngəzur dəhlizi ətrafında hiss edilir. Bildirilir ki, İran rəsmilərinin son açıqlamalarında Zəngəzur dəhlizi mövzusunun gündəmdən çıxarıldığına müəyyən ümidlər yaranmışdı. “Lakin hadisələrin sürətlə inkişafı, xüsusən də İranın İsraillə hərbi münaqişəyə cəlb olunması regionun sabitləşməsi perspektivlərini şübhə altına alır. Əvvəllər İran Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhlükə hesab etdiyi Zəngəzur dəhlizi ideyasının irəli sürülməsinin əsas əleyhdarlarından biri olub.


İran bu ideyanın həyata keçirilməsinə fəal şəkildə mane olan azsaylı dövlətlərdən biri idi. Lakin İsrailə qarşı hərbi əməliyyatlarda iştirak edən İran Cənubi Qafqazdakı proseslərə, o cümlədən Ermənistanla bağlı məsələlərə təsir etmək imkanını itirir”, -deyə yekramas.org özs təhlilində yazır.

O da qeyd edilir ki, hərbi qarşıdurma şəraitində İranın diqqəti daxili və xarici təhdidlərə yönəldiyi bir vaxtda onun Türkiyə və Azərbaycanın təzyiqlərinə tab gətirmək qabiliyyəti xeyli zəifləyir. “Bu, Ermənistan tərəfi üçün potensial təhlükələr yaradır. İran-İsrail qarşıdurması ilə yanaşı, Rusiya-Ukrayna münaqişəsi də regiondakı vəziyyətə təsir edən mühüm amil olaraq qalır.


Ənənəvi olaraq Cənubi Qafqaz regionunda təhlükəsizliyin təminatçısı rolunu oynayan Rusiyanın diqqəti də hazırda Ukrayna probleminə yönəlib. Bu vəziyyət Rusiyanın regionda sabitliyi qorumaq imkanlarını zəiflədir və digər oyunçuların bundan istifadə etməyə çalışacaqları təhlükəsizlik boşluğu yarada bilər. Xüsusən də Türkiyə və Azərbaycan yaranmış vəziyyətdən istifadə edərək, regionda fəaliyyətlərini gücləndirə bilərlər” deyə, bildirilir.

İddia olunur ki, guya yaranmış gərginlikdən istifadə edən Bakı və Ankara Zəngəzur dəhlizinin yaradılmasına çalışa bilər: “Bu da öz növbəsində Ermənistanın vəziyyətinin pisləşməsinə gətirib çıxaracaq. Bu dəhlizin reallaşması təkcə regionun geosiyasi xəritəsini dəyişməyəcək, həm də mürəkkəb beynəlxalq vəziyyətdə Ermənistanın manevr imkanlarını xeyli azaldacaq. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin milli maraqlara xəyanət etməsi Ermənistanın vəziyyətinə nikbinlik qatmır”

Politoloq Sergey Melkonyan isə hesab edir ki, İsrail-İran qarşıdurması daha genişmiqyaslı münaqişəyə çevrilərsə, Azərbaycan və İsrail İrana qarşı yeni cəbhə aça bilər. Melkonyanın fikrincə, bu prosesdə əsas hədəf təkcə İran deyil, ilk növbədə Ermənistan ola bilər.

"Əgər eskalasiya nəzarətdən çıxsa, bu, regionu gərginliyin yeni raunduna çəkmək üçün fürsət pəncərəsinə çevriləcək. Regional münaqişənin baş vermə ehtimalı xeyli artacaq", - politoloq News.am TV-də deyib.

O xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl İranın mövqeyindən narazılığını bildirərək, Zəngəzur dəhlizi adlanan layihənin həyata keçirilməsinə mane olanın Tehran olduğunu bəyan edib. Daha sonra buna cavab olaraq İranın ruhani liderinin ən yaxın məsləhətçilərindən biri Əli Əkbər Vilayəti ruhani liderin rəsmi internet saytında geniş müsahibəsində deyib ki, İranın Zəngəzur dəhlizində qəti mövqeyinin əhəmiyyətli təsiri olub. "İran konkret addımlar atdı və buna nail oldu. Amma genişmiqyaslı müharibə başlayarsa, bu imkanlar çox güman ki, xeyli zəifləyəcək", - Melkonyan yekunlaşdırıb.


O da vurğulanır ki, hazırkı vəziyyətdə Ermənistan öz təhlükəsizliyini təmin etmək və milli maraqlarını qorumaq üçün bir sıra tədbirlər görməlidir.

Hər şeydən öncə Ermənistan ordusunu gücləndirməli, müttəfiqləri və tərəfdaş ölkələrlə hərbi-texniki əməkdaşlığı inkişaf etdirməlidir. Ermənistan beynəlxalq arenada maraqlarını qorumaq üçün diplomatik kanallardan, eləcə də diasporun imkanlarından fəal istifadə etməlidir. Nəhayət, Ermənistan dövlətçiliyinin mövcudluğunu təhdid edən və geosiyasi böhrandan çıxarmaq üçün ölkədə hakimiyyət dəyişikliyini mümkün qədər tez həyata keçirməlidir.

Şərhlər