Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Siyasət » Qarabağla bağlı SEVİNDİRİCİ XƏBƏR - Gələn ilin sonunadək Şərqi Zəngəzurda...

Qarabağla bağlı SEVİNDİRİCİ XƏBƏR - Gələn ilin sonunadək Şərqi Zəngəzurda...

08 iyl 2025, 12:01, korrupsiya
0 şərh    6 Baxılıb

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Sammiti çərçivəsində Azərbaycanın Xankəndi şəhərində verilən qlobal mesajlar 570 milyon əhalisi, 2.7 trilyon dollar nominal, 8.9 trilyon dollar real ÜDM-ə sahib olan dövlətləri təmsil edən qurumun mövqeyi idi.

Bunu Milli Məclisdəki çıxışı zamanı deputat Vüqar Bayramov bildirdi. O qeyd etdi ki, 30 illik Ermənistan işğalından azad edilən və yenidən bərpa edilərək inkişaf mərhələsinə qədəm qoyan Xankəndindən dünyaya mesajların verilməsi Ali Baş Komandanımızın rəhbərliyi ilə regionda yeni düzənin artıq formalaşdığını bir daha təsdiq edir: “Qlobal məsələlərin Azərbaycanda və özəlliklə də Xankəndi şəhərində müzakirə edilməsi yeni düzənin yeni prioritetləridir. Möhtərəm Prezidentin rəhbərliyi inkişaf edən Azərbaycan çoxvektorlu xarici siyasəti ilə regionda orta gücə çevrilmiş dövlətdir. Bu güc Qərb ilə Şərqin qovuşmasına xüsusi töhvə verir. Son 10 ildə təşkilata üzv ölkələrdə iqtisadi artım 4.0 faizə yaxın olub. 2023-cü ildə isə təşkilata üzv dövlətlərinin iqtisadiyyatı orta hesabla 3.7 faiz böyüyüb ki, bu da 2.8 faizlik qlobal artımdan daha yüksəkdir”.

V.Bayramov bildirdi ki, Xankəndidə ECO-nun sammitinin təşkil edilməsi regiondakı yeni düzən fonunda ölkəmizin geo-siyasi gücünü bir daha təsdiq edir: “Azərbaycan ECO-ya üzv ölkələrlə əməkdaşlığı dərinləşir və münasibətlərin daha da inkişafı ölkəmizin xarici siyasətində prioritet məsələdir.

Zəfərdən sonra Xankəndi daxil olmaqla Qarabağ və Şərqi Zəngəzurun qurulmasına və inkişafına yalnız dövlət büdcəsindən 21 milyard manatdan çox vəsait ayrılıb. Artıq 50 mindən çox vətəndaşımız işğaldan azad olunan ərazilərdə yaşayır və çalışırlar. 15 mindən çox keçmiş məcburi köçkünlər isə öz dogma yurdlarına qayıdıblar. Gələn ilin sonunadək Qarabağda və Şərqi Zəngəzurda məskunlaşanların sayı 140 min, o tarixi ərazilərimzdə yaşayanların sayı isə 200 mindən çox olacaq. Budur əsası Milli Lideri tərəfindən formalaşdırılan və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən müasir Azərbaycanın gücü”.

Şərhlər