Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" ə verilən məlumata görə, polisin ikinci sevgilisi...
“Qaraheybət” faciəsindən 4 il ötür Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi...
Azərbaycanda noyabrın 30-na gözlənilən hava şəraiti haqqında proqnoz...
Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olunub....
Kəlbəcərin işğaldan azad edilməsindən 5 il ötür. "KORRUPSİYAXƏBƏR"...
Noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena...
"KORRUPSİYAXƏBƏR" in rəhbəri Elyaz Yazan, Hacı Əjdər bəy məscidinin...
Müğənni Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbirinin ev...
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təbii ehtiyatların kəşfiyyatı...
Baş prokuror Kamran Əliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə"...
Баннер
Korrupsiya Xəbər » Siyasət » Bu gün Azərbaycanda Diplomatiya Günüdür

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

09 iyl 2025, 09:35, korrupsiya
0 şərh    2 Baxılıb

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

Bu gün Azərbaycan diplomatlarının peşə bayramıdır.

diplomatik xidmətin yaradılmasından 106 il ötür.

Müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev hər il iyul ayının 9-nun Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Diplomatiya gününün müəyyən olunması ilə bağlı bir neçə təkliflər nəzərdən keçirilib, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin xarici dövlətlə imzaladığı ilk müqaviləsi - Osmanlı Türkiyəsi ilə bağlanan müqavilə günü, Paris Sülh Konfransında Antanta dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanındığı gün və s.

Lakin nəticədə qərara alınıb ki, arxivlərdən Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinə aid tapılmış ilk rəsmi sənəd 1919-cu il 9 iyul tarixli Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat olduğundan məhz bu tarix diplomatiya gününün əsasını təşkil etsin.

Azərbaycan diplomatiyası ilk addımlarını atarkən - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib.

Azərbaycanın müstəqilliyinin itirilməsi və Xalq Cümhuriyyətinin acı aqibətinin yenidən yaşanıla bilinəcəyi bir şəraitdə ölkənin yaxın və uzaq tarixi keçmişi, üzləşdiyi geosiyasi reallığı dərindən təhlil edilərək ulu öndər Heydər Əliyevin formalaşdırdığı xarici siyasət strategiyası ilk növbədə Azərbaycanın milli maraqlarının aydın və dəqiq şəkildə müəyyən edilməsini, bərabərhüquqlu, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qonşu dövlətlər və dünya birliyi ilə mehriban münasibətlərin qurulmasını, ən əsası Ermənistanın Azərbaycana qarşı təcavüzünün məhəlli səviyyədən çıxarılaraq beynəlmiləlləşdirilməsini, işğalın nəticələrini aradan qaldırmaq üçün Ermənistana qarşı beynəlxalq siyasi təzyiqin gücləndirilməsini və son hədəf olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının təmin olunmasını özündə ehtiva edib.

Ulu öndərin xarici siyasət xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

2020-ci ilin sentyabrın 27-dən başladılan Vətən müharibəsində Azərbaycanın qazandığı qələbədə diplomatiyanın da böyük rolu olub. Çünki dünya hərb tarixinə qızıl hərflərlə yazılmış bu zəfər həm döyüş meydanında, həm də masa arxasında qazanılıb. Başqa sözlə, döyüş meydanında qələbə qazanan Azərbaycan diplomatiya sahəsində də düşməni acı məğlubiyyətə uğradıb.

Şərhlər