Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Sosial » QARABAĞA QAYIDAN KÖÇKÜNLƏRİN BAKIDAKI EVLƏRİ BU ŞƏXSLƏRƏ VERİLƏCƏK

QARABAĞA QAYIDAN KÖÇKÜNLƏRİN BAKIDAKI EVLƏRİ BU ŞƏXSLƏRƏ VERİLƏCƏK

08 okt 2025, 01:36, korrupsiya
0 şərh    13 Baxılıb

 

Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşən on minlərlə məcburi köçkün uzun illərdir ölkənin müxtəlif bölgələrində salınmış qəsəbə və şəhərciklərdə məskunlaşıb. Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə köçkünlərin öz doğma torpaqlarına qayıdışı artıq mərhələli şəkildə həyata keçirilir.


Doğma yurdlarına qayıdan insanların köçkün qəsəbələrindəki evləri və şəhərciklərdəki mənzilləri boşaldığından bu yaşayış obyektlərinin gələcək taleyi aktuallıq kəsb edir. 

Mövzu ilə bağlı "KORRUPSİYAXƏBƏR" in sorğusuna Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, işğaldan azad olunmuş ərazilərə ilk növbədə qəzalı və ağır şəraitdə – yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif müvəqqəti məskunlaşma obyektlərində, eləcə də başqasına məxsus mənzillərdə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər köçürülür. 

Qarabağa köç edən keçmiş məcburi köçkünlərin Bakı, Sumqayıt və digər şəhər və rayonlarda olan evləri müvəqqəti olaraq başqa məcburi köçkünlərə verilir

“Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunmuş və onların müvəqqəti məskunlaşdıqları yaşayış komplekslərindən köçürülmə çox az hallarda baş verir. Belə hallarda boşalmış mənzilin digər məcburi köçkün ailəsinə verilərkən, onların sosial statusu daha çox nəzərə alınır”.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 65 saylı qərarına əsasən, məcburi köçkünlərə müvəqqəti istifadə üçün verilmiş yaşayış sahələrini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişdirmək, ipoteka predmeti kimi istifadə etmək və digər yollarla özgəninkiləşdirmək olmaz, onlar həmçinin başqasını həmin evə köçürmək hüququna malik deyillər.

KORRUPSİYAXƏBƏR

Şərhlər