Yeni Xəbərlər
Tural Niftalıyev jurnalistləri belə təbrik edib Təqaüddə olan Şəki Şəhər-Rayon...
“KORRUPSİYAXƏBƏR” İnformasiya Xəbər Portalının təsisçi-rəhbəri Elyaz Yazan...
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq...
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının...
İyulun 10-da Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək...
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub İyulun 9-da Daxili...
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış...
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü...
Cəmiyyətin təhlükəsizliyi naminə fədakar xidmət - Vaqif Əsədovdan TƏBRİK!...
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə hər zaman Azərbaycan polisinin...
Баннер
Korrupsiya Xəbər » Sosial » Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə təqdim edilməsi mümkün oldu

Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə təqdim edilməsi mümkün oldu

08 okt 2025, 09:37, korrupsiya
0 şərh    19 Baxılıb

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC və Dövlət Vergi Xidmətinin birgə əməkdaşlığı sayəsində SİMA yeni nəsil rəqəmsal imzanın İnternet Vergi İdarəsinə inteqrasiyası uğurla davam etdirilir.

“KORRUPSİYAXƏBƏR” xəbər verir ki, artıq sahibkarlar və hüquqi şəxslər üçün vahid vergi bəyannamələrinin göndərilməsi xidmətinə “SİMA İmza” ilə əlçatanlıq təmin olunub. Bununla da sahibkarların və təşkilatların dövlət büdcəsinə ödəməli olduqları bütün vergi öhdəliklərini vahid formada təqdim etməsi üçün nəzərdə tutulmuş rəsmi sənədin “SİMA İmza” ilə göndərilməsi mümkün olub. Qeyd edək ki, bu bəyannamə vasitəsilə vergi ödəyicisi öz fəaliyyətindən əldə etdiyi gəlir və xərclər barədə məlumat verir və həmin məlumat əsasında ödəniləcək vergilər hesablanır.

Ad - 00:03


Bu imkandan faydalanmaq üçün new.e-taxes.gov.az veb-saytında giriş üsulu kimi “SİMA İmza”nı seçmək və mobil tətbiq vasitəsilə təqdim edilən QR kodu “SİMA İmza” tətbiqində skan etmək kifayətdir.

Qeyd edək ki, hazırda vergi ödəyiciləri SİMA rəqəmsal imzanı ödənişsiz əldə etmək imkanına sahibdir. Bunun üçün “SİMA İmza” mobil tətbiqində qeydiyyatdan keçdikdən sonra fərdi sahibkar (hüquqi şəxs) imzasını əldə edərkən 6AYPULSUZ promokodunu daxil etmək kifayətdir. Qeydiyyatdan sonrakı 6 ay müddətində elektron imza üçün heç bir abunə haqqı tələb olunmayacaq.

“SİMA İmza”nın İnternet Vergi İdarəsinə inteqrasiyasına 2023-cü ildə başlanılıb və bu günədək 80-dən çox vergi xidmətinə əlçatanlıq təmin edilib.


“SİMA İmza” haqqında

SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən 2022-ci ildə yaradılıb. Hazırda “SİMA İmza” tətbiqinin endirilmə sayı 5 milyona yaxındır. Rəqəmsal imza əldə etmək üçün hər hansı xidmət məntəqəsinə getməyə və ya fiziki daşıyıcıya ehtiyac yoxdur. Olduğunuz yerdən “SİMA İmza” mobil tətbiqini smartfona yükləyib qeydiyyatdan keçə bilərsiniz.

“KORRUPSİYAXƏBƏR”

Şərhlər