Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Sosial » DƏRNƏGÜL TİKİNTİ MALLARI BAZARI NƏ VAXT SÖKÜLƏCƏK?

DƏRNƏGÜL TİKİNTİ MALLARI BAZARI NƏ VAXT SÖKÜLƏCƏK?

15 okt 2025, 23:32, korrupsiya
0 şərh    18 Baxılıb

Dərnagül Tikinti Malları Bazarında işləyən vətəndaşlar, (fəhlələr) "KORRUPSİYAXƏBƏR"ə  müraciət edərək, bazarın qısa zaman ərzində söküləcəyi ilə bağlı məlumatlarının olduğunu və həmin məlumatın doğru olub-olmadığını öyrənmək istəyiblər.

Vətəndaş müraciətləri əsasında araşdırmamız zamanı bir-neçə sahibkara bildiriş formasında üç-dörd  vərəqdən ibarət məktub verildiyini və həmin bildirişin sonunda heç bir möhür və imza olmadığını deyiblər.

Onu da qeyd edək ki, Fəhlələri əsas inandıran və  narahat edən məsələ bazarın bir-neçə ərazisində "Abşeron Ticarət Mərkəzi" inə məxsus reklam xarakterli elanların vurulmasıdır.

Onu da qeyd edək ki,  "Dərnəgül Tikinti Malları" bazarının söküləcəyi ilə bağlı bəzi sahibkarlara təqdim edilmiş bildiriş məktublarının həqiqətə uyğun olub-olmaması və eləcə də bazarın tam sökülməsi üçün verilmiş zamanla bağlı tərəfimizdən Azərbaycan Respublikasının nazirlər kabinetinə sorğu məktubu ünvanlanacaqdır. Sorğu məktubumuza verilən cavab məktubu ilə bağlı da təkrar ictimaiyyətə məlumat veriləcəkdir.

KORRUPSİYAXƏBƏR 

Şərhlər