Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Sosial » Doqquz ayda 354 milyon manat ipoteka krediti verilib

Doqquz ayda 354 milyon manat ipoteka krediti verilib

16 okt 2025, 20:08, korrupsiya
0 şərh    17 Baxılıb

İpoteka və Kredit Zəmanət Fondu 2025-ci ilin yanvar-sentyabr aylarında 354 milyon manat məbləğində ipoteka krediti verib. Bunun 69 milyon manatını güzəştli ipoteka kreditləri təşkil edir.

Fonddan "KORRUPSİYAXƏBƏR"-ə verilən məlumata görə, ilin əvvəlindən adi ipoteka kreditləri vasitəsilə 2565, güzəştli ipoteka kreditləri ilə isə 816 vətəndaşın və ya ailənin mənzil şəraiti yaxşılaşıb. 2025-ci ildə verilmiş ipoteka kreditlərinin orta məbləği 104800 manat olub.

Şəxsi yığımları yetərli olmayan əhali üçün isə 01 oktyabr 2025-ci il tarixinə Fond tərəfindən 132 milyon manat məbləğində 1423 ipoteka krediti üzrə zəmanət verilib. Bu, vətəndaşların daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin edib.

Ümumilikdə indiyə qədər Fondun vəsaiti hesabına 3 milyard 680 milyon manat məbləğində ipoteka krediti verilib və bu, təxminən 56 min ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına imkan yaradıb. İpoteka kreditlərindən faydalananların 67 faizi gənclər və gənc ailələrdir.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər