Yeni Xəbərlər
Tural Niftalıyev jurnalistləri belə təbrik edib Təqaüddə olan Şəki Şəhər-Rayon...
“KORRUPSİYAXƏBƏR” İnformasiya Xəbər Portalının təsisçi-rəhbəri Elyaz Yazan...
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq...
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının...
İyulun 10-da Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək...
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub İyulun 9-da Daxili...
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış...
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü...
Cəmiyyətin təhlükəsizliyi naminə fədakar xidmət - Vaqif Əsədovdan TƏBRİK!...
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə hər zaman Azərbaycan polisinin...
Баннер
Korrupsiya Xəbər » Sosial » AYNA-dan istehsal tarixindən 15 il ötmuş avtomobillərin taksi kimi istifadəsi ilə bağlı AÇIQLAMA

AYNA-dan istehsal tarixindən 15 il ötmuş avtomobillərin taksi kimi istifadəsi ilə bağlı AÇIQLAMA

17 okt 2025, 21:01, korrupsiya
0 şərh    22 Baxılıb

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətin tətbiqindən sonra sürücülərin iş yerlərini itirəcəyi ilə bağlı məsələyə aydınlıq gətirilib.

"KORRUPSİYAXƏBƏR" AYNA-ya istinadən xəbər verir ki, limit sürücülərin deyil, nəqliyyat vasitələrinin sayına tətbiq edilir, yəni bu addım iş yerlərinin sayına təsir göstərməyəcək.

Qeyd edək ki, icazələrin verilməsinə kvotanın tətbiq edilməsi haqqında qərarın 1 noyabr tarixindən qüvvəyə minməsini nəzərə alaraq, taksi fəaliyyəti üçün buraxılış vəsiqələrinin və buraxılış kartlarının verilməsi 2025-ci il 31 dekabr tarixinə kimi davam edəcək.

"Hazırda taksi daşımalarında sürücülərə kifayət qədər tələbat mövcuddur. Taksi fəaliyyəti göstərən sürücülərin təlimləri və hazırlıq işləri davam etdirilir. Bir nəqliyyat vasitəsi bir neçə sürücü tərəfindən idarə oluna bilər və bu, taksi daşımalarında iş və istirahət rejiminə riayət olunmasına töhfə verəcək", - AYNA bildirir.

Həmçinin taksi fəaliyyəti ilə məşğul olan şəxslərə çağırış edərək bildirilir ki, növbəti illərdə istehsal tarixindən 15 il ötmuş avtomobillərin taksi fəaliyyəti üçün istifadəsi mümkün olmayacaq. Bunu nəzərə alaraq, köhnə nəqliyyat vasitələrinin, xüsusən də istehsal tarixi 2011-ci olan avtomobillərin verilmiş müddət ərzində yenilənməsi tövsiyə olunur.

"Qeyd etmək istərdik ki, kvotanın tətbiqindən sonra qiymətlərin artacağı, sürücülərin iş yerlərini itirəcəyi ilə bağlı yayılan məlumatlar yanlışdır. Hazırda taksi fəaliyyəti üçün 35 000 aktiv icazə mövcuddur. Gün ərzində isə bunlardan yalnız 22 000-23 000 taksi minik avtomobili xidmətə çıxır. Yəni, kvotanın 25 000 təyin edilməsi bazara təsir etməyəcək və taksi çatışmazlığı baş verməyəcək. Əksinə, peşakar əmək və xidmət bazarı formalaşacaq və əhaliyə göstərilən taksi xidmətinin keyfiyyəti daha da yüksələcək.

Taksi sahəsində təxminən 1 il əvvəl islahatlar başlayanda da, cəmiyyətdə müəyyən narahatlıqlar var idi. Lakin nəticə göz qabağındadır. İslahatların birinci mərhələsində taksi parkının yenilənməsi, uçotun, nizamlı fəaliyyətin və nəzarət mexanizminin qurulması, sürücülərin təlimlərə cəlb edilməsi istiqamətində atılan addımlar ciddi keyfiyyət artımını təmin etdi. Hazırda həyata keçirilən islahatların bu mərhələsinin məqsədi bu sahədə daha da keyfiyyətli və nizamlı xidmətə nail olmaqdır", - məlumatda deyilir.

"KORRUPSİYAXƏBƏR "

Şərhlər