Yeni Xəbərlər
Tural Niftalıyev jurnalistləri belə təbrik edib Təqaüddə olan Şəki Şəhər-Rayon...
“KORRUPSİYAXƏBƏR” İnformasiya Xəbər Portalının təsisçi-rəhbəri Elyaz Yazan...
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq...
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının...
İyulun 10-da Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək...
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub İyulun 9-da Daxili...
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış...
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü...
Cəmiyyətin təhlükəsizliyi naminə fədakar xidmət - Vaqif Əsədovdan TƏBRİK!...
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə hər zaman Azərbaycan polisinin...
Баннер
Korrupsiya Xəbər » Sosial » ƏN ÇOX EDİLƏN SUAL...Hansı hallarda ata və ya ana valideynlik hüququndan məhrum edilə bilər?

ƏN ÇOX EDİLƏN SUAL...Hansı hallarda ata və ya ana valideynlik hüququndan məhrum edilə bilər?

28 okt 2025, 00:53, korrupsiya
0 şərh    9 Baxılıb

 

Uşaqların hüquqlarının qorunması və onların sağlam, təhlükəsiz mühitdə böyüməsi hər bir cəmiyyətin əsas prioritetlərindən biridir. Bəzən valideynlər övladlarının fiziki və ya mənəvi inkişafına ciddi zərər yetirən davranışlar sərgilədikdə, onların valideynlik hüquqlarının məhdudlaşdırılması və ya tamamilə əlindən alınması zərurəti yaranır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2025-ci il üzrə hesabatına əsasən, 2024-cü ildə bu əsaslarla 73 nəfər valideynlik hüququndan məhrum edilib, 8 nəfərin isə valideynlik hüquqları məhdudlaşdırılıb.

Bu rəqəmlər cəmiyyətin diqqətini vacib bir suala yönəldir: hansı hallarda ata və ya ana valideynlik hüququndan məhrum edilə bilər?

Vəkil Rusif Eminli mövzu ilə bağlı "KORRUPSİYAXƏBƏR" ə açıqlamasında bu suala aydınlıq gətirib.

O bildirib ki, ölkə qanunvericiliyinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz: "Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar".

Vəkil deyib ki, valideynlər öz valideynlik vəzifələrini yerinə yetirmədikdə; alimenti qəsdən ödəmədikdə; heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə; valideynlik hüquqlarından sui-istifadə etdikdə; uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə; xroniki alkoqol və narkomaniya xəstəsidirsə; uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə; uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər.

Valideynlik hüquqlarından məhrumetmənin hansı qaydada həyata keçirilməsinə gəlincə isə, R.Eminli deyib ki, qanunvericiliyə əsasən, valideynlik hüquqlarından məhrumetmə məhkəmə yolu ilə həyata keçirilir. Məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, müvafiq icra hakimiyyəti orqanının, prokurorun, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır. Həmçinin valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynlik hüquqlarından məhrum edilmiş valideynlərdən (onlardan birindən) uşağa aliment tutulması məsələsini də həll edir.

Vəkil valideynlik hüquqlarından məhrumetmənin nəticələrindən də danışıb. Bildirib ki, daxili qanunvericilikdə əks olunmuş hüquqi mövqeyə əsasən valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər. Lakin valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər.

KORRUPSİYAXƏBƏR

Şərhlər