Yeni Xəbərlər
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki...
Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyev vəzifəsindən azad ediləcək....
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il...
Bələdiyyə üzvlüyünə namizədə hansı güzəştlər var? "KORRUPSİYAXƏBƏR"...
“Təbiəti qoruyanlar gələcəyimizi qoruyurlar” – Elyaz Yazandan ekologiya...
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Gəncə...
Elyaz Yazan: “Zaqatala rayon prokuroru Qabil Səfərov vətəndaş müraciətlərinə...
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) ölkədə casus şəbəkəsinə qarşı...
Баннер
Korrupsiya Xəbər » Sosial » ELYAZ YAZAN YARDIMLI RAYONUNUN ALLAR KƏNDİNDƏ SƏFƏRDƏ OLUB. Sosial məsələlərlə maraqlanıb.

ELYAZ YAZAN YARDIMLI RAYONUNUN ALLAR KƏNDİNDƏ SƏFƏRDƏ OLUB. Sosial məsələlərlə maraqlanıb.

04 may 2026, 13:53, korrupsiya
0 şərh    87 Baxılıb

"KORRUPSİYAXƏBƏR" in rəhbəri Elyaz Yazan, bu gün Yardımlı rayonunda səfərdə olub, 

O, rastlaşdığı narahatçılıqlarla bağlı AR-nin prezidentinə rəsmi məktub unvanlayıb.

Həmin məktubun məzmununu olduğu kimi diqqətə çatdırırıq.

Hörmətli cənab Prezident,

Surəti: Yardımlı Rayon İcra Hakimiyyətinə
Surəti: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə

Bu müraciət Yardımlı rayonunun Allar kəndində mövcud olan ağır sosial-iqtisadi və infrastruktur problemlərinin diqqətinizə çatdırılması məqsədi daşıyır.

Aparılmış yerində müşahidələr nəticəsində müəyyən edilmişdir ki, kəndə aparan yol son dərəcə yararsız vəziyyətdədir. Yolun bərbad olması nəqliyyatın hərəkətini təhlükəli edir, tez-tez texniki nasazlıqlara səbəb olur və sakinləri əlavə maddi xərclərlə üz-üzə qoyur. Bu vəziyyət eyni zamanda təcili tibbi yardım və digər həyati əhəmiyyətli xidmətlərin kəndə çatmasını ciddi şəkildə çətinləşdirir.

Bundan əlavə, kənddə təbii qaz təminatı mövcud deyil, bu da xüsusilə qış aylarında sakinlərin yaşayış şəraitini ağırlaşdırır.

Sadalanan problemlər nəticəsində kənddə sosial tənəzzül müşahidə olunur, əhali kəndi tərk edir və yaşayış məntəqəsi tədricən boşalmaq təhlükəsi ilə üzləşir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, aşağıdakı tədbirlərin görülməsi zəruri hesab olunur:

Kəndə aparan yolun əsaslı şəkildə yenidən qurulması;

Kəndin təbii qazla təmin olunması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi;

Təcili tibbi yardım və digər xidmətlərin maneəsiz fəaliyyətini təmin edən infrastrukturun yaradılması;

Mövcud problemlərlə bağlı aidiyyəti qurumların fəaliyyətinə hüquqi qiymət verilməsi.


Hörmətli cənab Prezident,
Mövcud vəziyyət artıq ciddi sosial problem olmaqla yanaşı, insanların həyatı və sağlamlığı üçün birbaşa təhlükə yaradır. Məsələnin nəzarətə götürülməsi və operativ tədbirlərin görülməsi zəruridir.

Hörmətlə,
“KORRUPSİYAXƏBƏR” 

Təsisçi, baş direktor Elyaz Gülüyev

Şərhlər