Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Təhsil » ELYAZ YAZAN, BAŞ ŞABALID KƏND MƏKTƏB DİREKTORUNA TƏŞƏKKÜR EDİB.

ELYAZ YAZAN, BAŞ ŞABALID KƏND MƏKTƏB DİREKTORUNA TƏŞƏKKÜR EDİB.

26 sen 2026, 11:54, korrupsiya
0 şərh    16 Baxılıb

 

Doğulduğu kəndin məktəbindəki müsbət dəyişikliklər jurnalistin diqqətindən yayınmadı

Bu gün tanınmış jurnalist, KORRUPSİYAXƏBƏR.com.az və RESPUBLİKAXƏBƏR.AZ informasiya-xəbər portallarının təsisçi rəhbəri Elyaz Yazan doğulduğu Şəki rayonunun Baş Şabalıd kəndində yerləşən Baş Şabalıd kənd tam orta məktəbində olub.

Məktəbin inzibati binasına daxil olan Elyaz Yazan burada əvvəlki dövrlərlə müqayisədə bir sıra müsbət dəyişikliklərin nəzərəçarpacaq dərəcədə artdığını müşahidə edib.

Xüsusilə məktəbdə təmizlik, sanitar vəziyyət, nizam-intizam və ümumi səliqə baxımından əvvəlki illərlə müqayisədə əhəmiyyətli irəliləyişlərin olduğu diqqət çəkib.

Jurnalist məktəbdəki mövcud vəziyyəti müsbət qiymətləndirərək, görülən işlərə görə məktəbin direktoruna təşəkkürünü bildirib.

Elyaz Yazan qeyd edib ki, təhsil müəssisəsinin yalnız tədris göstəriciləri deyil, eyni zamanda şagirdlərin sağlam və təhlükəsiz mühitdə təhsil alması, məktəbdə təmizlik və nizam-intizamın qorunması da mühüm əhəmiyyət daşıyır.

Redaksiya olaraq hesab edirik ki, hər hansı müəssisədə müsbət dəyişiklik və görülən səmərəli işlər də obyektiv şəkildə qeyd edilməli, bu istiqamətdə çalışan rəhbər və əməkdaşlara ictimai təşəkkür bildirilməlidir.

Baş Şabalıd kənd tam orta məktəbinin rəhbərliyinə və kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər