Yeni Xəbərlər
Tural Niftalıyev jurnalistləri belə təbrik edib Təqaüddə olan Şəki Şəhər-Rayon...
“KORRUPSİYAXƏBƏR” İnformasiya Xəbər Portalının təsisçi-rəhbəri Elyaz Yazan...
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq...
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının...
İyulun 10-da Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək...
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub İyulun 9-da Daxili...
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış...
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü...
Cəmiyyətin təhlükəsizliyi naminə fədakar xidmət - Vaqif Əsədovdan TƏBRİK!...
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə hər zaman Azərbaycan polisinin...
Баннер
Korrupsiya Xəbər » Video » Şahin "Yetenek Sizsiniz Türkiye"də haqsızlığa uğradı - VİDEO

Şahin "Yetenek Sizsiniz Türkiye"də haqsızlığa uğradı - VİDEO

25 iyl 2025, 15:30, korrupsiya
0 şərh    5 Baxılıb

Azərbaycanlı gənc müğənni və aktyor Şahin İmaməliyev "Yetenek Sizsiniz Türkiye" müsabiqəsində yarım finala vəsiqə qazana bilməyib.

Musavat.com xəbər verir ki, ifaçı qısa vaxtda istər jürilər, istərsə də, tamaşaçılar tərəfindən sevilməsinə baxmayaraq, bunu özünə qarşı haqsızlıq hesab edir.

Təmsilçimiz fikirlərini belə bölüşüb:

"Deməli, 23 iyunda "Yetenek Sizsiniz Türkiye" nin səhnəsini çəkdik. Bildiyiniz kimi səhnə öncədən çəkilir, sonra efirə verilir. 1 ay sonra 23 iyulda yayımlandı. "Bayatı Şiraz" muğamını ifa etdim, daha sonra öz yazdığım bir bənd şeri səsləndirdim və sonda "Sarı Gəlin" mahnısını oxudum. Videolardan da göründüyü kimi, daha çox tamaşaçı rəyi və alqışı mənə gəldi. Münsiflərin də mənə qarşı münasibəti çox güclü idi. Mənə "Sən nə etdin Şahin, xaliqələr yaratdın, yenə bizi təəccübəndirdin" kimi xoş sözlər dedilər. Hətta münsiflərdən biri Eda Ece hardasa ağlayacaq idi. Öncə dedilər ki, 12 nəfər iştirakçıdan 6-sı seçilməli idi. Sonra 3 nəfərin keçəcəyini bildirdilər. Çıxışdan sonra ilk 6 yarışmaçıdan 3-ə daxil oldum. 100/70 səs ilə. Digər 6 iştirakçının performansından sonra, mən 5-ci pilləyə düşdüm. Münsiflərin və tamaşaçıların o cür münasibətindən sonra mənə qarşı olanların şəffaf olduğunu düşünmürəm. Bunu hamı açıq - aydın görə bilərdi. O reaksiyanın qarşılığı 100/70 və ya mərhələ atlamamaq ola bilməzdi! Bizim milli musiqimizə qarşı haqsızlıq olduğunu düşünürəm. "Youtube" səhifələrində də türk vətəndaşlarının haqsızlıq kimi rəylərini oxuya bilərsiniz!".

Onu da qeyd edək ki, Şahin İmaməliyevin aylar öncəki çıxışı sosial mediada 16 milyon baxış sayı toplayıb.


Şərhlər