Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » İyulun 10-u Ümumdünya Hüquq Günüdür

İyulun 10-u Ümumdünya Hüquq Günüdür

10 iyl 2025, 10:47, korrupsiya
0 şərh    9 Baxılıb

İyulun 10-u Ümumdünya Hüquq Günüdür

İyulun 10-u Ümumdünya Hüquq Günü kimi qeyd edilir.

Bu gün 1967-ci ildə İsveçrənin Cenevrə şəhərində keçirilən “Qanun vasitəsilə dünya sülhü” konfransında elan olunub. Ümumdünya Hüquq Günü dövlət və özəl sektor rəsmilərini qanunun əhəmiyyətini göstərməyə, mütəxəssisləri hüququn cəmiyyətdəki rolunu müdafiə etməyə çağırır. Bu gün, həmçinin beynəlxalq mübahisələrin həllində və dünyada sülhün qorunmasında hüququn vacibliyini vurğulayır.

Hazırda dünyada insan hüquqlarına dair ən əhəmiyyətli sənəd 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul olunmuş Ümumdünya İnsan Hüquqları Bəyannaməsidir. Bu sənəd dünyadakı bütün kişi və qadınların malik olduqları hüquqları və fundamental azadlıqları irəli sürən preambuladan və 30 maddədən ibarətdir. Bəyannamədə mülki, siyasi, sosial, iqtisadi və mədəni hüquqlar əhatə edilib. Hazırda bu sənədin əksər müddəalarına beynəlxalq müstəvidə hüquqi cəhətdən məcburi öhdəliklər kimi istinad olunur. Bəyannamə çoxlu sayda qanunvericilik aktlarının əsasını təşkil edir.

Ölkəmizdə bütün hüquqi məsələlər müvafiq qanunvericiliklə tənzimlənir. Konstitusiyanın 7-ci maddəsinə əsasən, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Konstitusiyanın 24-71-ci maddələrini əhatə edən II bölməsinin III fəsli “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanır. Konstitusiyanın 24-cü maddəsində - “İnsan hüquq və azadlıqlarının əsas prinsipi”ndə qeyd olunur:

I. İnsan ləyaqəti qorunur və ona hörmət edilir.

II. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.

III. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.

“Hüquq” bütün ölkə və cəmiyyətlərdə ən mühüm anlayışlardan biri hesab olunur. Lakin təəssüf ki, bəzən müəyyən ölkə və təşkilatlar hüququ öz maraqlarına uyğun tətbiq etməyə cəhd göstərir. Bu hal isə başqalarının hüquqlarının pozulması və ya məhdudlaşdırılması ilə nəticələnir.

Təəssüflə bildirək ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə, həm də insanların hüquqlarını tapdalamışdı. Dədə-baba yurdlarından didərgin düşmüş, Xocalıda, Başlıbeldə, Ballıqayada və digər ərazilərdə erməni vəhşiliklərinin qurbanı olmuş, daim ağır silahların hədəfinə çevrilmiş mülki şəxslərin, o cümlədən uşaq, qoca və qadınların hüquqlarının bərpası məsələsi isə qlobal dövlətləri və beynəlxalq təşkilatları maraqlandırmırdı. Bu istiqamətində əməli addımlar atılmırdı. Yalnız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılmış xalq-ordu-dövlət birliyi bütün maneələrə sinə gərdi və respublikamızın ərazi bütövlüyü bərpa olundu. Hazırda işğaldan azad edilmiş torpaqlarda aparılan abadlıq-quruculuq işləri və icra olunan “Böyük Qayıdış” Proqramı həmin ərazilərə yeni nəfəs verməklə yanaşı, sakinlərin hüquqlarını da təmin edir.

Daha çox xəbər:
13 okt 2025, 11:57    20    0
Baş prokuror Kamran Əliyev oktyabrın 17-də Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə...
Şərhlər