Yeni Xəbərlər
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki...
Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyev vəzifəsindən azad ediləcək....
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il...
Bələdiyyə üzvlüyünə namizədə hansı güzəştlər var? "KORRUPSİYAXƏBƏR"...
“Təbiəti qoruyanlar gələcəyimizi qoruyurlar” – Elyaz Yazandan ekologiya...
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Gəncə...
Elyaz Yazan: “Zaqatala rayon prokuroru Qabil Səfərov vətəndaş müraciətlərinə...
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) ölkədə casus şəbəkəsinə qarşı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » MASALLIDA POLİSDƏN BEZƏN VƏTƏNDAŞ İNTİHARI SEÇİB.

MASALLIDA POLİSDƏN BEZƏN VƏTƏNDAŞ İNTİHARI SEÇİB.

23 noy 2025, 00:34, korrupsiya
0 şərh    18 Baxılıb

 

Masallıda vətəndaş polisin süründürməçiliyindən bezib, intihar etmək qənaətinə gəlib.

Bu barədə, "KORRUPSİYAXƏBƏR" in qaynarxətt nömrəsinə zəng edərək, Masallı rayon, Şatroba kənd sakini, Rəhimov Şəhram Elşad oğlu məlumat verib.

Belə ki, müraciət müəllifi Rəhimov Şəhram Elşad oğlu, müraciətində bildirimişdir ki, təxminən 2 ay bundan öncə rayon ərazisində idarə etdiyi avtomobili ilə hərəkətdə olarkən, yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı, günahkar tərəf qarşı tərəf olmasına baxmayaraq, günahkar kimi özü tanınmışdır. hadisə zamanı qarşı tərəfin guya ciddi bədən xəsarəti aldığı bildirilmişdir. Lakin, həmin şəxsdə heç bir ciddi bədən xəsarəti hiss edilməyib. Nəticə etibarı ilə baş vermiş hadisə ilə bağlı ilkin təhqiqat araşdırması, Masallı RPŞ-nin, Boradigah PB-nin Nəsimi adlı Təhqiqatçısına həvələ edilmiş, Nəsimi adlı təhqiqatçı bu günə qədər vətəndaşa heç bir qərar verməmiş, dəfələrlə vətəndaş müraciət etdikdən sonra toplanmış materialda Rəhimov Şəhram Elşad oğlunun əməli cinayət xarakteri olduğundan, toplanmş materialı aidiyyatı üzrə Masallı RPŞ-nin İB-nə göndərdiyini bildirmişdir. Müracit müəllifi, yenə də müstəntiqlə əlaqə saxlamış, işin icraatı ilə maraqlanmış və duracağa qoyulmuş avtomobilini götürmək istədiyini demiş, lakin, müstəntiq isə avtomobili duracaqdan buraxmamışdır. Vətəndaş da iddia edir ki, onun avtomobili iki ay duracaqda saxlanılması tamamilə qanunsuzdur. həmçinin vətəndaş əlavə olaraq, onu da bildirir ki, Nəsimi adlı təhqiqatçı araşdırmanı qeyri obyektiv, qərəzli və birtərəfli aparmışdır. Qərarı isə vətəndaşa verməmişdir. Vətəndaş qərarı almış olsaydı həmin qərardan prosesual rəhbərliyi həyata keçirən prokurora qərarın ləğv edilməsi üçün müraciət edəcəyini bildirmişdir. Ən sonda həmin vətəndaş Nəsimi adlı təhqiqatçının  və müstəntiqin qanunsuz hərəkətləri barədə araşdırma aparılaraq barələrində ciddi tədbir görülməsini istəyir. Daha ətraflı sabah videoçıxışımızda... Rəhimov Şəhram Elşad oğlunun  başına açılan oyunları diqqətinizə çatdıracağıq.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər