Yeni Xəbərlər
Tural Niftalıyev jurnalistləri belə təbrik edib Təqaüddə olan Şəki Şəhər-Rayon...
“KORRUPSİYAXƏBƏR” İnformasiya Xəbər Portalının təsisçi-rəhbəri Elyaz Yazan...
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq...
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının...
İyulun 10-da Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək...
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub İyulun 9-da Daxili...
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış...
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü...
Cəmiyyətin təhlükəsizliyi naminə fədakar xidmət - Vaqif Əsədovdan TƏBRİK!...
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə hər zaman Azərbaycan polisinin...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » Bütün İcra başçıları belə olaydı

Bütün İcra başçıları belə olaydı

06 sen 2025, 23:14, korrupsiya
0 şərh    35 Baxılıb

 

"Respublikaxəbər" və "Korrupsiyaxəbər" in rəhbəri Elyaz Yazan Abşeron RİH aparatının rəhbəri Abdin Fərzəliyev barəsində ölkə rəhbərinə təşəkkür məktubu ünvanlayıb.

Məktubda qeyd edilənləri olduğu kimi diqqətinizə çatdırırıq!

Məktubda belə qeyd edilir:

Hörmətli, möhtərəm cənab prezident!

İlk öncə Sizi və hörmətli Mehriban xanımı, eləcə də ailə üzvlərinizi, həmçinin Sizin yaxınlarınızı fürsətdən istifadə edərək, əvvəlcə özümün və rəhbəri olduğum redaksiya heyyətimin adından salamlayır, Sizə həyatda müvəffəqiyyətlər arzulayıram.

cənab prezident! 

Mən hər zaman Sizə ünvanladığım müraciət məktublarımın əvvəlində Sizə qarşı bir-neçə cümlə tərifyönlü cümlələr yazmışam. 

Sizi, Sizə layiq olan şəkildə tərif etməyə heç vaxtı gücümüz yetməz! Amma biz də əlimizdən və dilimizdən gəldiyi qədər bir-neçə cümlə ilə Sizə məhəbbətimizi bildirmək istəyirik. Sizi hər zaman sevmişik, dəstəkləmişik, sevirik, dəstəkləyirik və yenə də bu gündən sonra da ömrümüzün sonuna qədər Sizi sevəcəyik və sevərək dəstəkləyəcəyik. 

Geniş yazaraq, Sizə baş ağrısı vermək istəmirik. Amma mütləq bu məktubu yazmağı özümüzə bir şərəf borcu bildik. 

cənab prezident!

Sizə bu məktubumuzda  Sizin göstəriş və tapşırıqlarınıza layiqincə əməl edən, nəinki, şəhidlərə, ərazilərə, veteranlara və onların ailələrinə, eləcə də bütun vətəndaşlara qarşı nəzakətli və mehriban olan Abşeron RİH aparatının rəhbəri cənab Abdin Fərzəliyevdən bəhs edəcəyik.

cənab prezident!

Bir-neçə gün bundan öncə bir vətən müharibəsi iştirakçısı mənə yaxınlaşaraq Masazır qəsəbəsində birtəhər topladığı pul vəsaitləri ilə, həmçinın dost-tanışların dəstəyi ilə bir torpaq alaraq, ev tikdiyini və həmin evin tikintisi üçün Abşeron RİH - sən icazəni almağı üçün köməklik etməyimizi xahiş etmişdir. 

Hörmətli veteranımızın müvafiq sənədlərinin surətləri ilə Abşeron RİH aparatının başçısı cənab Abdin Fərzəliyevə müraciət məktubu ünvanladıq. 

Yüksək səviyyədə təşəkkürümüzü bildirərək nəzərinizə çatdırırıq ki, cənab başçı həmin veteranımıza köməklik göstərilməsi üçün dərhal göstəriş verdi.

Biz həqiqətən şahidi olduq ki, cənab Abdin Fərzəliyev Sizin göstəriş və tapşırıqlarınıza layiqincə əməl edərək, vətəndaşların sevimlisinə çevrilib.

Onu da qeyd edək ki, İcra hakimiyyətində olduğumuz zaman inzibati binanın yanında olan vətəndaşlar da cənab başçı barədə müsbət fikirlər bildirdilər. 

Təbii ki, bizim tərifimizə nə Sizin, nə də ki, cənab başçının ehtiyyacı yoxdur.

Bir daha qeyd edim ki, biz sadəcə səmimiyyətimizlə Sizdən razı olduğumuzu  bildirmək istəyirik.

Nəticə etibarı ilə Sizə dərin minnətdarlığımızı bildiririk.

Sizə minnətdarıq! Siz həqiqətən hər zaman doğru seçim edirsiniz. 

Hörmətlə: Elyaz Yazan 


Şərhlər