Yeni Xəbərlər
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki...
Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyev vəzifəsindən azad ediləcək....
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il...
Bələdiyyə üzvlüyünə namizədə hansı güzəştlər var? "KORRUPSİYAXƏBƏR"...
“Təbiəti qoruyanlar gələcəyimizi qoruyurlar” – Elyaz Yazandan ekologiya...
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Gəncə...
Elyaz Yazan: “Zaqatala rayon prokuroru Qabil Səfərov vətəndaş müraciətlərinə...
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) ölkədə casus şəbəkəsinə qarşı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » Səkkiz ayda narkotiklə bağlı neçə cinayət faktı aşkarlanıb?

Səkkiz ayda narkotiklə bağlı neçə cinayət faktı aşkarlanıb?

18 sen 2025, 19:20, korrupsiya
0 şərh    7 Baxılıb

 

2025-ci ilin yanvar-avqust ayları ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5874 cinayət faktı aşkarlanıb.

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir.

Onlardan 1818-i narkotik vasitələrin qanunsuz satışı, 3890-ı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 164-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, ikisi bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 992 kq 30.92 qram narkotik vasitələrin və psixotrop maddələrin 5 ton 306 kq 678.863 qramını marixuana, 250 kq 966.55 qramını heroin, 119 kq 866.229 qramını tiryək, 60 kq 593.938 qramını həşiş, 150 kq 165.907 qramını digər narkotik vasitələr və 103 kq 759.433 qramını psixotrop maddələr təşkil edib. Həmçinin, göstərilən dövr ərzində 5 183 ədəd metadon, 16 363 ədəd çətənə bitkisi, eləcə də 588.2 qram, 95 həb, 39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.

KORRUPSİYAXƏBƏR

Şərhlər