Yeni Xəbərlər
Tural Niftalıyev jurnalistləri belə təbrik edib Təqaüddə olan Şəki Şəhər-Rayon...
“KORRUPSİYAXƏBƏR” İnformasiya Xəbər Portalının təsisçi-rəhbəri Elyaz Yazan...
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq...
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının...
İyulun 10-da Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək...
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub İyulun 9-da Daxili...
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış...
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü...
Cəmiyyətin təhlükəsizliyi naminə fədakar xidmət - Vaqif Əsədovdan TƏBRİK!...
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə hər zaman Azərbaycan polisinin...
Баннер
Korrupsiya Xəbər » Siyasət » PAŞİNYANIN TƏYYARƏSİ AZƏRBAYCANDA

PAŞİNYANIN TƏYYARƏSİ AZƏRBAYCANDA

07 sen 2025, 05:26, korrupsiya
0 şərh    5 Baxılıb

 

Ermənistan Baş naziri Nikol Paşinyanın təyyarəsi xarici səfər zamanı ilk dəfə Azərbaycanın hava məkanından istifadə edib.

Korrupsiyaxəbər xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

“Medianın suallarına cavab olaraq nəzərinizə çatdırım ki, Ermənistan baş nazirinin təyyarəsi bu il avqustun 30-da Azərbaycanın hava məkanı vasitəsilə xarici səfərə çıxıb və sentyabrın 6-na keçən gecə Ermənistana qayıdıb.

Bu il avqustun 8-də Vaşinqtonda sülhün bərqərar olmasından sonra müvafiq orqanlar Ermənistan baş nazirinin təyyarəsi üçün Azərbaycandan hava keçidi istəyib və müsbət cavab alıb. Biz bu faktı regionda kommunikasiyaların açılması, sülh gündəminin irəliləməsi və qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində atılmış praktiki addım kimi qiymətləndiririk”, - sözçü bildirib.

Ermənistan baş naziri 30 avqust-3 sentyabr tarixlərində Çində, 3-5 sentyabr tarixlərində Yaponiyada səfərdə olub.

Ermənistan KİV məsələ ətrafında gedən müzakirələrlə əlaqədar bildirib ki, Azərbaycan təyyarələri uzun müddətdir Ermənistanın hava məkanı vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında uçuşlar həyata keçirir.


Elyaz Yazan


Şərhlər